yüklənir...
yüklənir...

Quba-Xınalıq yolunda UÇQUN - Hərəkət dayandı

Bu saatlarda Quba-Xınalıq avtomobil yolunun 36-cı km-də dağdan sürüşən iri qaya parçaları yolun hərəkət hissəsini bağlayıb.

Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Nəcəfli bildirib.

A.Nəcəfli qeyd edib ki, dərhal hadisə yerinə AAYDA-nin əməkdaşları və xüsusi texnika cəlb edilib:

“Lakin dağ yamacından qaya parçalarının aşağıya doğru hərəkət etməsi davam etdiyi üçün əraziyə yaxınlaşmaq mümkün olmur”.

Onun sözlərinə görə, sözügedən ərazidə sürüşmə sabitləşən kimi yolun hərəkət hissəsinin qaya parçalarından təmizlənməsi işlərinə başlanılacaq.
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:11-04-2019, 16:43
Oxunub:137


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti