yüklənir...
yüklənir...

Bakıda tələbələr dönərdən zəhərlənib.

Bakının Nərimanov rayonunda, Əhməd Rəcəbli küçəsi 21 ünvanında yerləşən “Köz dönər” kafesində dönər yeyən yeddi tələbə zəhərlənib.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, həmin şəxslər Kliniki Tibbi Mərkəzə (KTM) aparılıb:

“Həmin şəxslərdən ikisi 18 yaşına çatmadığı üçün 2 saylı Əbülfəz Qarayev adına uşaq klinik xəstəxanasına yerləşdirilib. Beş nəfər isə KTM-in yoluxucu xəstəliklər şöbəsinə aparılıb. KTM-ə yerləşdirilən üç nəfər artıq evə buraxılıb”.

“Qalan xəstələrin ümumi vəziyyəti yaxşıdır. Zəhərlənənlərin həyati təhlükəsi yoxdur”, - deyə nazirlikdən qeyd edilib. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır:

“Sahibkarlıq subyektindən götürülən nümunələr laboratoriyalara təqdim olunub. Nəticələrlə bağlı ictimaiyyətə geniş məlumat veriləcək”.
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:14-03-2019, 14:10
Oxunub:35


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti