yüklənir...
yüklənir...

Uşaq bağçasında yanğın: xəsarət alanlar var

Qazax şəhərində yanğın hadisəsi baş verib.
VETENPERVERLER.AZ "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Zeynalabdin Tağıyev küçəsində yerləşən, müvəqqəti olaraq hazırda uşaq bağçası kimi fəaliyyət göstərən inzibati binada qeydə alınıb

Yanğın nəticəsində orada mühafizəçi işləyən 52 yaşlı İman Bənnayev xəsarət alıb. Hazırda hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin 3 yanğınsöndürən maşını cəlb olunub və 2 mərtəbəli binada baş vermiş yanğının qarşısı alınıb. İlkin ehtimalara görə, yanğına elektrik xətlərində yaranmış qısaqapanma səbəb olub.

Faktla bağlı araşdırma aparılır.скачать dle 10.6фильмы бесплатно
>

Tarix:21-12-2018, 10:46
Oxunub:32


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti