yüklənir...
yüklənir...

Bakıda avtomobil piyadalara çırpıldı

Bakıda avtomobilin piyadaları vurması ilə nəticələnən yol-nəqliyyat hadisəsində xəsarət alanların adları məlum olub.

1983-cü il təvəllüdlü Axundova Elnarə kəllə-beyin travması, 1964-cü il təvəllüdlü Zeynalov Sədaqət sağ qamış sümüyünün sınığı, 1965-ci il təvəllüdlü Mirabova Sevinc qapalı kəllə-beyin travması diaqnozu ilə əməliyyata alınıb. Onların vəziyyəti ağır olaraq qalır.

Paytaxtın Nərimanov rayonunda dörd piyadanın vurulması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

VETENPERVERLER.AZ Oxu.Az-a istinadən bildirir ki, onlardan üçünün kimliyi bəlli olub. Ağa Nemətulla küçəsində “Hyundai” markalı 90 AV 316 dövlət nömrə nişanlı avtomobil dörd piyadanı vurub, daha sonra “BMW” markalı 10 MO 201 dövlət nömrə nişanlı avtomobilə çırpılıb.

Hadisə nəticəsində ikisi qadın , ikisi kişi olmaqla dörd nəfər piyada ağır xəsarətlər alıb. Onlar təcili olaraq 1 saylı Kliniki Tibbi Mərkəzə (Semaşko) çatdırılıblar.
Hadisə şahidlərinin sözlərinə görə, qəza nəticəsində xəsarət alan oğlanlardan biri ərazidə fəaliyyət göstərən marketlərdə çalışırmış. Onun lal olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.скачать dle 10.6фильмы бесплатно
>

Tarix:17-12-2018, 22:46
Oxunub:206


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti