yüklənir...
yüklənir...

Ankarada sürət qatarı qəzaya uğradı: ölənlər var

Ankarada sürət qatarının qəzaya uğraması ilə bağlı 3 nəfər həbs edilib.

Ankarada sürət qatarının qəzaya uğraması nəticəsində yaralıların sayı 84 nəfərə çatıb.

VETENPERVERLER.AZ Türkiyə KİV-ə istinadən xəbər verir ki, bununla bağlı Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

Onun sözlərinə görə, yaralılardan 34-ü xəstəxanalara yerləşdirilib. Qeyd edək ki, qəza zamanı doqquz nəfər həyatını itirib.
Ankara-Konya istiqamətində hərəkət edən qatarın qəzaya uğraması nəticəsində ölənlərin sayı artıb.

Məlumatda bildirilib ki, qəza zamanı üçü maşinist olmaqla, doqquz nəfər ölüb, 47 nəfər yaralanıb. Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.
Qəzanın bu gün yerli vaxtla 06:30-da baş verdiyini deyib.
Valinin sözlərinə görə, hadisə zamanı dörd nəfər ölüb, 43 nəfər yaralanıb. V.Şahin qəzanın səbəbini də açıqlayıb. O bildirib ki, sürət qatarı yolda nəzarət işləri aparan bələdçi qatarla toqquşduqdan sonra yerüstü keçidə çırpılıb.

Hadisə Yenimahalle rayonunun Marşandiz stansiyasında baş verib.
Sürət qatarının yerüstü keçidə çırpılması nəticəsində iki vaqonu aşıb. Qəza zamanı çox sayda insanın yaralandığı bildirilib.

Hadisənin dəqiq səbəbləri məlum deyil. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.скачать dle 10.6фильмы бесплатно
>

Tarix:13-12-2018, 23:59
Oxunub:199


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti