yüklənir...
yüklənir...

Eldar Əzizov yüksək vəzifəli məmuru işdən çıxartdı -

Bakı şəhər İcra Hakimiyyətinin aparat rəhbəri Rasim Quliyevişdən çıxarılıb. Bununla bağlı icra başçısının səlahiyyətlərini icra edən Eldar Əzizov sərəncam imzalayıb.


Vetenperverler.az Bakunews.az-a istinadən xəbər verir ki, bu barədə avropa.info-ya meriyadakı mənbələrdən məlumat daxil olub.

R.Quliyev 1970-ci ildə Naxçıvan MR-in Şahbuz rayonunda doğulub. Azərbaycan Neft Akademiyasını bitirib. Xalq hərəkatının fəal iştirakçısı, mərhum prezident Heydər Əliyevin qatı tərəfdarlarından olub. Məhz H.Əliyevin göstərişi ilə R.Quliyev gənc yaşlarında yüksək vəzifəyə təyinat alıb – 31 yaşlı Quliyev Bakı şəhər İcra Hakimiyyətinin ərazi idarəetmə şöbəsinin müdiri təyin edilib. Buna qədər isə R.Quliyev "Səs” qəzetnin baş redaktor müavini və 30 saylı DSK-nın (Səbail) sədri olub.

18 il şəhər təsərrüfatının rəhbərliyində işləyən R.Quliyev meriyanın aparat rəhbərinə qədər yüksəlib.

Eldar Əzizov yüksək vəzifəli məmuru işdən çıxartdı -
скачать dle 10.6фильмы бесплатно

Tarix:20-09-2018, 19:13
Oxunub:80 200


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti