yüklənir...
yüklənir...

İnsanlara yaxşılıq edən hər kəs Allah yanında əzizdir.

Bizim Vətənimizin belə qeyrətli, dəyanətli, mərhəmətli, mərd insanları var.
Əziz oxucu bu gün VETENPERVERLER.AZ xəbər portalının Sumqayıt və Abşeron bölgəsi üzrə müxbiri Yeganə Telmanqızı, "VƏFA"sosial problemlərinin dəstək İB-nin üzvü Hicran xanım Məmmədova Abşeron rayonu Xırdalan şəhəri Aşıq Şəmkir küçəsində yaşayan Cəfərli ailəsinin qonağı olduq. Nəzərinizə çatdırıram ki, ailənin ilk övladı 2010-cı il təvəlüdlü Cəfərli Həbibə İlkin qızı serebral iflic xəstəliyindən əziyyət çəkir. Ailənin maddi imkanı çatmadığı üçün Azərbaycanın xeyirxah qızlarından biri Sumqayıt şəhər sakini Abdullayeva Xatirə Mövlan qızı öz vəsaiti hesabına bu ailəyə əlil arabası bağışladı. Onu da nəzərinizə çatdırıam ki, Xatirə xanımın 8 yaşlı oğlu Eminov Əhməd də, serebral iflic xəstəliyindən əziyyət çəkir. Xatirə xanımın tək övladı Əhməd balamıza Allahdan şəfa diləyirik.
Ailənin başçısı İlkin Cəfərov və onun ömür gün yoldaşı Günel xanım Cəfərova Xatirə xanıma və bizə öz dərin təşəkkürünü bildirdi. Sonda İlkin Cəfərov bildirdi ki, Azərbaycan xalqı xeyirxah xalqdı. Xalqımdan övladımın müalicəsi üçün köməklik olunmağını xahiş edirəm. Ən böyük arzum uşağımın ayağa qalxmasıdı. Bizdə Həbibə balamıza Ulu tanrıdan şəfa diləyirik.
Müəllifdən: Sumqayıt şəhərindən Xırdalan şəhərinə əlil arabasının aparılmasında öz maşını ilə bizə dəstək olan Xeyirov Murada öz dərin təşəkkürümüzü bildiririk.

Sumqayıt və Abşeron bölgəsi üzrə müxbir
Yeganə Telmanqızı

İnsanlara yaxşılıq edən hər kəs Allah yanında əzizdir.1.jpg[/img]İnsanlara yaxşılıq edən hər kəs Allah yanında əzizdir.İnsanlara yaxşılıq edən hər kəs Allah yanında əzizdir.
İnsanlara yaxşılıq edən hər kəs Allah yanında əzizdir.
İnsanlara yaxşılıq edən hər kəs Allah yanında əzizdir.İnsanlara yaxşılıq edən hər kəs Allah yanında əzizdir.скачать dle 10.6фильмы бесплатно

Tarix:12-07-2018, 22:56
Oxunub:5 841


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti