yüklənir...
yüklənir...

Mingəçevirdə və Gəncədə baş verən hadisələrin kökləri daha dərindir

Öncə Mingəçevir İstilik Elektrik Stansiyasının bloklarının birində baş veriən qəza Azərbaycanın bütün enerji sistemini çökdürdü. Biz bu hadisənin baş verməsinin əsas günahkarının Azərenerji ASC-nin rəhbərliyinin olduğunu dedik və bu həqiqətən də belədir. Ancaq hadisənin dərinliyində ola biləcək başqa məqamlara nədənsə toxunmadıq. Nə üçün bu hadisə möhtəşəm hərbi paraddan dərhal sonar baş verdi? Bir enerji blokunda baş verən partlayışın Azərbaycanın enerji sistemini çökdürmək gücündə olduğunu kimlər bilirdilər? Bilirdilərsə nə üçün susurdular? Hadisənin məhz bu zəif nöqtədə baş verməsi təsadüfdürmü? Suallar çoxdur.

Hadisələrin inkişafı göstərir ki, yeddinci kolonun nümayəndələri bir elektrik stansiyasındakı mühəndisdən başlayaraq bütün səviyyələrdə öz işlərini görə bilirlər. Biz isə sadəlöv olmaqda israrlıyıq. Bir qədər öncə neft daşlarında baş vermiş partlayış nəticəsində onlarala insanların itkin düşməsinə də bu qədər sadəlövlüklə yanaşdıq. Unutduq ki, bu hadisədən bir qədər öncə Azərbaycan Qərblə yaxınlaşmağa doğru bir addım atmışdı və neft daşlarındakı faciə də bundan bir az sonar baş verdi. Nə qədər ki, bu hadisələrin köklərini görməyəcəyik, nə qədər ki, bu köklərin hansı dərinlikdə olduğunu anlamaq istəməyəcəyik, bundan daha ciddi zərbələr alacağıq.

Azərbaycanın bölgənin güc mərkəzinə çevrilməsini nə şimalda nə cənubda istəmirlər. Tarix boyu həm şimaldan həm də cənubdan Azərbaycana yuxarıdan aşağıya baxıblar və elə bu baxışlarla da zaman-zaman onun torpaqlarını yağmalayıblar. Bu gün baş verən hadisələrə Azərbaycana qarşı düşünülmüş murdar bir planın mərhəllə - mərhəllə reallaşdırılması kimi baxmaq lazımdır. Azərbaycan üçüncü on ildir ki, müstəqildir. Sual olunur nə üçün Azərbaycan hakimiyyətini Qərbdən bu qədər iyrənc və kütləvi bir şəkildə söymək kompaniyası birdən birə belə vüsət aldı? Nədən İtaliyada bir qrup insan ayağa qalxaraq Cənub Qaz Dəhlizi layihəsinin İtaliyaya qədər uzanan TAP xəttinə qarşı çıxdı? Kimdir bu oyunların arxasında dayananlar. Kİmdir bizə dost, müttəfiq, strateji tərəfdaş deyib torpaqlarımızı işğal edənləri başının üzərində gəzdirənlər? Mingəçevirdə və Gəncədə baş vermiş bu hadisələr local xarakterli təsadüfi hadisələr deyil. Bu Azərbaycanda sabitliyi pozub, vətəndaş qarşıdurması yaratmağı hədəfləmiş, düşünülmüş və təsbitlənmiş bir proqramla nəzərdə tutulmuş iyrənc əməllərin bir hissəsidir.

Gəncə Azərbaycanın ürəyidir. Azərbaycanı sarsıdaraq çökdürməyi hədəfləyən proqramın ən eybəcər şəkildə Gəncədən reallaşdırılmağa başlaması da təsadüfi deyil. Gəncə bu gün Azərbaycanın Qərblə Şərqi birləşdirən ən böyük qapısıdır. Bu qapı Rusiya və İran kimi Qərbin etibarsız saydığı qapılardan fərqlidir. O, siyasiləşməmiş sərbəst bir qapıdır və şərqlə bütün səviyyədən olan əlaqələr üçün qərbin üzünə həmişə açıqdır. Böyük qıcıq yaradan da elə budur. Biz torpaqlarımızın kimin tərəfindən işğal olunduğunu səmimi etiraf etməyi bacarmadıqca bundan daha ağır zərbələrə məruz qala bilərik. Gəncədə iki polkovnikin öldürülməsi xüsusi seçimdir. Bu Azərbaycanda ictimai-siyasi sabitliyi pozub, vətəndaş qarşıdurması yaratmağa hesablanmış bir addım idi. Biz 1990-cı illərin əvvələrində belə vətəndaş qarşıdurmasında torpaqlarımızın 20%-ni itirmişik. İndi artıq ayılmaq vaxtıdır. Bu hadisələr bizi 90-cı illərin əvvəlinə sürükləyir. Düşmənlərimiz isə həmişə bizi özümüzün əli ilə bulandırdıqları suda tutublar. Odur ki, bu gün siyasi mənsubiyyətindən asılı olmayaraq vətən sevgisi olan hər kəs ayağa qalxıb hakimiyyətin yanında olmalı, hakimiyyət isə təxribatlara münbit şərait yaradan məmurlara qarşı amansız mübarizə yolunu seçməlidir.

P.S. Bu mövzuda danışarkən 1980-ci illərin sonlarında Qərbi Azərbaycandan qaçqın düşmüş bir ziyalının söhbəti yadıma düşür. Yaşadığı bölgədə çox böyük nüfuz və hörmət sahibi olmuş bu ziyalımız danışırdı ki, Ermənistandan zorla köçürüldükləri zaman uzun illər dostluq etdiyi bir nüfuzlu erməni son anda ona yaxınlaşıb və bu sözləri deyib: “İllər boyu kəsdiyimiz duz-çörək müqabilində özümü borclu bilirəm ki, sənə bildiyim bir məsələni deyim. Azərbaycanda yurd yerinizi Kürdən yuxarıdakı torpaqlarda seçin ki, bir müddətdən sonra yenidən yurd yeri dəyişmək zorunda qalmayasınız. Qarabağdan sonrakı mərhəllədə Yevlaxa qədər torpaqlar alınacaq”. Bax budur Azərbaycanla bağlı iyrənc planının ardıcıllığı. Əvvəlcə İrəvan, sonara Zəngəzur, daha sonara Qarabağ və ətraf rayonları və sonda da Kürə qədər torpaqlar… Bu ermənilərin planı deyil! Bu şimaldan gələn bəladır...

Ayılaq! Bir millət kimi ayılaq və dövlətimizin başı üzərindəki bu qara buludlara qarşı birgə mübarizə aparaq, lazım gəlsə silaha sarılıb vətənimizi, dövlətimizi düşmənlərdən müdafiə edək...скачать dle 10.6фильмы бесплатно

Tarix:12-07-2018, 15:00
Oxunub:7 513


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti