yüklənir...
yüklənir...

“Sumqayıt” klubu daha bir futbolçu ilə müqavilə bağlayıb

“Sumqayıt” klubu yay transfer dövründə daha bir futbolçu ilə müqavilə bağlayıb.

Klubun mətbuat katibi Rəşad Məmmədovun “Report”a verdiyi məlumata görə, cinah müdafiəçisi Qvanzav Maqomedov 1 illik sözləşməyə imza atıb. 24 yaşlı futbolçu daha əvvəl "Bakı", AZAL, "Zirə", "Səbail" və "Sabah"ın formasını geyinib.

Qeyd edək ki, “Sumqayıt” fasilə dönəmində Əfran İsmayılov, Elvin Məmmədov, Yusif Nəbiyev ("Qəbələ", icarə), Şəhriyar Əliyev, Murad Xaçayev (“Şaxtyor”, Ukrayna, icarə), Aleksey İsayev, Dmitri Nağıyev və Əli Babayevi heyətinə qatıb.скачать dle 10.6фильмы бесплатно

Tarix:12-07-2018, 12:41
Oxunub:7 293


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti