yüklənir...
yüklənir...

Azərbaycanda II qrup əlillərə iş yerləri yaradılacaq

“II qrup əmək qabiliyyətli əlilliyi olan şəxslərə ixtiaslaşmış iş yerləri yaradılacaq”.
Bu barədə Modern.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verib.

Komitə sədri bildirib ki, bununla bağlı xüsusi qanun layihəsi hazırlanır.
“Yeni qanun layihəsində elə məqamlar göstəriləcək ki, sahibkarlar həmin qrup insanlar üçün iş yerlərinin yaradılmasına maraqlı olsun. Həmçinin qanun layihəsində iş yerləri üçün müəyyən kvota məsələsi də əksini tapacaq”.
H.Rəcəbli bildirib ki, yeni qanun layihəsi Milli Məclisin payız sessiyasında müzakirəyə təqdim olunacaq.скачать dle 10.6фильмы бесплатно

Tarix:12-07-2018, 12:24
Oxunub:7 140


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti