yüklənir...
yüklənir...

Azərbaycanda bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi proseduru müəyyənləşib

Nazirlər Kabineti “Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası”nı təsdiq edib.

Vetenperverler.az-ın məlumatına görə, bu Qayda bioloji fəallığa malik qida əlavələrinin (BFMQƏ) dərman vasitələri ilə eyni tərkibli olub-olmamasını müəyyən etmək məqsədi ilə ekspertizanın aparılması qaydasını tənzimləyir.

Bu Qayda şəxsi istifadə məqsədi ilə idxal olunan BFQMƏ-yə şamil edilmir.

BFMQƏ qida rasionunu zənginləşdirmək məqsədi ilə bitki, heyvan, mineral mənşəli və ya kimyəvi yolla alınmış bioaktiv maddələr və onların komplekslərinin farmasevtik formada hazırlanaraq, gündəlik qəbuletmə dozası müəyyənləşdirilmiş məhsullardır. Bioloji fəal maddələr kiçik konsentrasiyalarda yüksək fizioloji fəallığa malik olan maddələr, qida komponentləri - mürəkkəb və çoxkomponentli sistem olan qidanın tərkib hissələri, aktiv komponentlər BFMQƏ-nin tərkibində olan təsiredici maddələrdir. BFMQƏ-nin ekspertizasını Səhiyyə Nazirliyi həyata keçirir. Nazirlik tərəfindən ekspertizadan keçirilmiş BFQMƏ-nin siyahısı aşağıdakı məlumatlar da daxil olmaqla, “PDF” (Portable Document Format) formatında, Nazirliyin və onun tabeliyindəki “Analitik Ekspertiza Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəsmi internet saytında yerləşdirir:

- BFMQƏ-nin əmtəə nişanı;
- BFMQƏ-nin tərkibi;
- BFMQƏ-nin buraxılış forması;
- BFMQƏ-nin qablaşdırmada olan dozası;
- istehsalçının və onun yerləşdiyi ölkənin adı;
- ekspertiza rəyi və onun qüvvədəolma müddəti.

Qaydaya əsasən Azərbaycan ərazisində istehsal olunan BFMQƏ, Azərbaycana idxal edilən BFMQƏ (şəxsi istifadə üçün idxal olunan BFMQƏ-lər istisna olmaqla) və ekspertiza rəyinin müddəti bitmiş BFMQƏ ekspertizadan keçirilir. BFMQƏ-nin ekspertizasının aparılması üçün istehsalçı və ya onun müvəkkil etdiyi şəxslə BFMQƏ-nin ekspertizasını aparan Nazirliyin “Analitik Ekspertiza Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin münasibətləri, o cümlədən aparılacaq ekspertizanın həcmi, müddəti, xidmətin dəyəri barədə şərtlər tərəflər arasında bağlanılmış müqavilə ilə tənzimlənir. Bu hallarda ərizəçi BFMQƏ-nin ekspertizasının aparılması ilə bağlı ərizəsinə BFMQƏ-nin nümunəsini, habelə aşağıdakı sənədləri və məlumatları əlavə etməlidir:

- .BFMQƏ haqqında istehsalçının Azərbaycan dilində məlumatları:
- BFMQƏ-nin istehsalçısının adı, yerləşdiyi ölkə, ünvanı, əmtəə nişanı;
- BFMQƏ-nin əmtəə (patentləşdirilmiş) nişanı və seriyası;
- BFMQƏ-nin buraxılış forması;
- qablaşdırmada olan BFMQƏ-nin dozası;
- BFMQƏ-nin tərkibindəki aktiv komponentlərin və köməkçi maddələrin beynəlxalq adı və kəmiyyət tərkibi göstərilməklə siyahısı;
- BFMQƏ-nin saxlanma şəraiti və yararlılıq müddəti;
- idxal edilən BFMQƏ-yə münasibətdə, BFMQƏ-nin istehsalçısının təqdim etdiyi mənşə və uyğunluq sertifikatları, həmçinın HACCP və ya GMP sertifikatları;
- Azərbaycan ərazisində satılmaq üçün nəzərdə tutulmuş və BFMQƏ-nin etiketinin və qablaşdırmasının ərizəçi tərəfindən təsdiq edilmiş maketləri;
- BFMQƏ-nin istehlakçı üçün nəzərdə tutulmuş orijinal və Azərbaycan dilində tərtib edilmiş istifadə təlimatlarının surətləri;
- istehsalçının BFMQƏ-nin tərkibində genetik modifikasiya olunmuş məhsulların və nanomaterialların, hormonların, pestisidlərin, həmçinin narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, güclü təsir edən və zəhərli maddələrin və Beynəlxalq Anti-Dopinq Agentliyinin qüvvədə olan siyahısı ilə müəyyən olunan dopinq maddələrinin olmaması haqqında
təsdiqedici sənədi;
- BFMQƏ uşaq və hamilə qadınların istifadəsi üçün tövsiyə edildikdə, müvafiq tədqiqatların protokolları;
- idxal edilən BFMQƏ-yə münasibətdə, ekspertizaya təqdim olunan nümunələrin Azərbaycan ərazisinə idxal edilməsini təsdiq edən invoysun surəti;
- idxal edilən BFMQƏ-yə münasibətdə, BFMQƏ-ni Azərbaycana idxal edən hüquqi və ya fiziki şəxs barədə məlumat;
- təqdim edilmiş BFMQƏ-nin istehsalı barədə müvafiq sənədlərin (standartlar, texniki şərtlər, texnoloji təlimatlar, spesifikasiyalar, resepturalar), eləcə də istehsalçının BFMQƏ-nin istehsalına icazəsi barədə sənədlərin surətləri.

Ərizəçi əvvəlki ekspertiza rəyinin müddətinin bitməsinə 1 ay qalmış BFMQƏ-nin yenidən ekspertizadan keçirilməsi məqsədi ilə Səhiyyə Nazirliyinə müraciət etməlidir və ərizəsinə bu Qaydanauyğun olaraq BFMQƏ-nin nümunəsini, habelə BFMQƏ-nin sənədlər toplusunda 1 il ərzində dəyişiklik aparılmaması haqqında sənədi əlavə etməlidir. BFMQƏ-nin sənədlər toplusunda dəyişiklik edildikdə, ərizəçi BFMQƏ-ni yenidən ekspertizadan keçirilməsi üçün onu istehsal və ya idxal etməzdən əvvəl müvafiq olaraq bu Qaydada göstərilən sənədləri və ərizəsinə BFMQƏ-nin nümunəsini də əlavə etməklə, Nazirliyə ərizə ilə müraciət etməlidir. Ərizə və ərizəyə əlavə olunan bütün sənədlər kağız və elektron daşıyıcılarda təqdim edilir. Sənədlər Azərbaycan, rus və ya ingilis dillərində olmadıqda, onların Azərbaycan dilinə notarial qaydada təsdiq edilmiş tərcüməsi təqdim edilməlidir. Ekspertizanın keçirilməsi üçün ərizəçi tərəfindən BFMQƏ-nin satış üçün nəzərdə tutulmuş formada 3 nümunəsi təqdim edilməlidir. BFMQƏ-nin ekspertizası ərizəçinin bu Qaydada göstərilən sənədlər tam təqdim etdiyi halda 15 iş günü müddətində Səhiyyə Nazirliyin təsdiq etdiyi aşağıdakı sənədlərin tələbləri nəzərə alınmaqla həyata keçirilir:

- BFMQƏ-nin tərkibində 14 yaşdan yuxarı böyüklər üçün qidaya əlavə olunan bioloji fəal maddələrin gündəlik istehlak miqdarı və enerji dəyəri göstərilməklə siyahısı;
- BFMQƏ-nin istehsalında istifadə olunan vitaminlərin, vitaminəbənzər maddələrin və mineral maddələrin formalarının siyahısı;
- BFMQƏ-nin istehsalı zamanı istifadəsinə yol verilməyən tərkibində qadağan olunan narkotik vasitələr, psixotrop maddələr və ya onların prekursorları, güclü təsir edən və ya zəhərli maddələr olan bitkilər və onların emal məhsullarının siyahısı;
- birkomponentli BFMQƏ-nin tərkibində istifadəsinə yol verilməyən bitkilər və onların emal məhsullarının siyahısı;
- 4-14 yaşlı uşaqlar üçün nəzərdə tutulmuş BFMQƏ-nin istehsalında istifadə olunan bitki xammalının növlərinin siyahısı;
- 4 yaşına qədər uşaqlar üçün nəzərdə tutulmuş bitki çaylarının istehsalında istifadə olunan bitki xammalının növlərinin siyahısı;
- insan orqanizmi üçün qida kimi təhlükəli hesab olunan heyvan orqanları, toxumaları və onların emal məhsullarının siyahısı;
- BFMQƏ-nin istehsalı zamanı istifadəsinə yol verilməyən mikroorqanizmlərin siyahısı;
- BFMQƏ-nin istifadə təlimatının tərtibatına dair tələblər.

Nazirlik ekspertizaya təqdim olunmuş sənədlər, eləcə də aparılmış laborator analizlər əsasında ekspertizadan keçirilən BFMQƏ-nin dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyi verir. BFMQƏ-yə dair ekspertiza rəyində onun dərman vasitəsi olması qeyd olunduğu halda, həmin BFMQƏ-yə münasibətdə “Dərman vasitələri haqqında’’ qanuna uyğun olaraq dərman vasitələrinə aid tələblər tətbiq edilir. BFMQƏ-yə dair ekspertiza rəyi 1 il müddətində etibarlıdır və eyni istehsalçının eyni adlı BFMQƏ-ni Azərbaycana idxal edən digər şəxslərə də şamil olunur. Ekspertiza rəyləri kağız və elektron daşıyıcılarda Dövlət Gömrük Komitəsinə və Qida Təhlükəsizliyi Agentliyinə təqdim edilir.скачать dle 10.6фильмы бесплатно

Tarix:12-07-2018, 12:30
Oxunub:7 427


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti