yüklənir...
yüklənir...

İrandan Azərbaycana qadağan olunmuş psixotrop maddənin keçirilməsinin qarşısı alınıb

Astara Gömrük İdarəsinin Sərnişin şöbəsində İrandan piyada gələn Azərbaycan vətəndaşının əl yükü rentgen aparatı ilə yoxlanılarkən monitorda şübhəli cizgilər görünüb.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Vetenperverler.az-a verilən məlumata görə, bu səbəbdən həmin yükə təkrar baxış keçirilib. Nəticədə, vətəndaşa məxsus yuyucu toz qutusunda ümumi sayı 170 ədəd paketdə olmaqla, xalis çəkisi 183,652 qram təşkil edən metamfetamin və 1 ədəd kolba aşkar olunub.

Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.скачать dle 10.6фильмы бесплатно

Tarix:12-07-2018, 11:49
Oxunub:7 168


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti