yüklənir...
yüklənir...

Rusiyalı həmsədr: “Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün tarixi yaxın vaxtlarda açıqlana bilər”

”Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü planlaşdırılır”.

Bu barədə APA-nın Moskva müxbirinə açıqlamasında ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov bildirib.

İ. Popov deyib ki, həmsədrlər hələlik Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər hansı açıq bəyanatlardan çəkinirlər: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin incəliyini nəzərə alaraq Minsk qrupunun həmsədrləri hələlik bu mövzu ilə bağlı hər hansı açıq çıxışlardan çəkinirlər”.

İ. Popov həmsədrlərin bəyanatının Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin planlaşdırılan görüşünün yekunundan sonra veriləcəyini qeyd edib: “Düşünürük ki, nazirlərin görüşünün keçirilmə vaxtı yaxın vaxtlarda açıqlana bilər”.скачать dle 10.6фильмы бесплатно

Tarix:6-07-2018, 13:00
Oxunub:37 572


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti