yüklənir...
yüklənir...

Azərbaycanda intihar edən 11 yaşlı uşağın nənəsi: "Ördəklərin ayaqlarını bağlayıb sonra..."

Ötən gün Şabran rayonu, Daşlıyataq kənd sakini olan 6-cı sinif şagirdi Mütəllimov Elnur Sahib oğlu intihar edib. 2005-ci il təvəllüdlü olan M.Elnurun intihar səbəbləri hələlik bəlli deyil. Faktla bağlı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehoğlu açıqlamasında məsələnin nazirliyin də diqqət mərkəzində olduğunu deyib. C.Valehoğlu bildirib ki, daxili nəzarət şöbəsi ilə bəzi nüanslar dəqiqləşdirilib:

"Aparılan araşdırmalar zamanı bəlli olub ki, şagirdin məktəbdə ciddi problemləri olmayıb. Valideynləri, ailə üzvlərinin sözlərinə görə, sakit uşaq olub. Yaxşı oxumasa da, məktəbdə haqqında hər hansı narazılıq formalaşdırmayıb. Artıq hüquq-mühafizə orqanları, o cümlədən də nazirlik tərəfindən xidməti araşdırmalar aparılır".

Şabran Rayon Daşlıyataq kənd məkətibinin direktoru Qədimova Sahibə isə Cebhe.info-ya açıqlamasında intihar edən şagirdlə qohum olduğunu deyib:

"İntihar edən şagird əmim nəvəsidir. Hadisə qəfil olub. Uşağın intihar səbəbləri bizə də bəlli deyil. O hansı ağılla belə bir şey etsin ki? Müəllimi də olduğum üçün şagirdi yaxşı tanıyıram".

Elnurun ata nənəsi olan Nacanar Mütəlliova isə Cebhe.info-ya açıqlamasında məktəblinin bu vaxtadək hansısa probleminin olmadığını bildirib. Davranışında da narazılığını dilə gətirəcək bir nüans müşahidə edilməyib:

"Naxırdan gəlib tövləyə girib. Heyvanlara yem verib, ördəklərinin ayaqlarını bağlayıb. Sonra necə olubsa, ipi boynuna dolayaraq intihar edib. Onu xilas edə bilməyiblər".

Uşağın psixoloji durumunun qənaətbəxş olduğunu deyən nənə düşünür ki, bəlkə də uşaq oyun oynamaq istəyib:

"Düşünürük ki, uşaq oynamaq üçün belə addım ata bilər. İpi boynuna dolasa da, sonradan aça bilməyib. Hadisə baş verərkən özü tək olub. Daha sonra qardaşı bizə xəbər edib ki, Elnur intihar edib".

Mənbə: cəbhə info

скачать dle 10.6фильмы бесплатно
>

Tarix:19-01-2017, 19:06
Oxunub:470


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti