yüklənir...
yüklənir...

Şəki Xan Sarayı, kəsilmiş baş və asılmış insan FOTOLARI - Mütəxəssislərdən XƏBƏRDARLIQ

Uşaqların kitablarla ilk tanışlığı onlar oxuma və yazma öyrənməmişdən qabaq başlayır. Rəngli və şəkilli kitablar uşaqların marağını daha çox çəkir və onların inkişaf prosesində mühüm rol oynayır. Buna görə də, valideynlər tərəddüdsüz olaraq övladlarının intellektual səviyyəsinin formalaşmasına yardımçı olmaq üçün bu kitablardan yararlanmağa çalışırlar.
Bəs uşaqların neçə yaşdan sonra şəkilli kitablardan istifadə etməsi daha məqsədəuyğundur?

Artıq 2 yaşında olan uşağın kitabxanası olmalıdır

Psixoloq Sevinc Baxışova deyir ki, uşaqların əyani olaraq kitabla ilk tanışlığı 1 yaşından başlayaraq mərhələlərlə aparılmalıdır:

"Qısa və az cümlələrdən ibarət olan, əlvan şəkilli və ən əsası dözümlü materialdan hazırlanmış kitablar seçilməlidir ki, körpə onları vərəqləyərkən cırmasın, şəkilləri böyük və qabarıq səthli olsun. Körpə əllərini səhifə üzərində gəzdirəndə şəkilləri hiss etməyi bacarsın. Elə kiçik yaşlardan başlayaraq hədiyyə kimi rəngli, şəkilli jurnallar, kitabçalar almaq lazımdır və beləcə uşaqların gözü kitablara, oxumağa öyrəşəcək. Artıq 2 yaşında olan uşağın ona uyğun kitabxanası olmalıdır və təbii ki, uşaq kitabları nə qədər rəngli olsa, bir o qədər yaxşıdır. Əgər valideyn uşaqda dinləmə qabliyyəti formalaşdıra bilibsə, 4-6 yaşlı uşaqlar daha çox sehirli nağıllara meyilli olur və dinləməyi sevirlər. 6-7 yaşlı uşaqlar isə sehirli nağıllarla bərabər, döyüş, müharibə, faciə, eyni zamanda tərbiyəvi süjetli xeyir və şər, pislik və yaxşılıq və s. müxtəlif nağılları dinləyə bilərlər”.

Tarix kitabında Şəki Xan Sarayının şəkli və onun yanında kəsilmiş baş, asılmış insan fotoları verilib

Təhsil eksperti Kamran Əsədov isə 2-4 yaş arası uşaqlar üçün dünya təhsil sistemində sözləri və rəngləri şəkillər vasitəsilə öyrətmək üsulunun tətbiq edildiyini bildirdi : "Dünya təhsil sistemində, konkret olaraq Fransa, İngiltərə, Amerika və Finlandiyada sözləri və rəngləri şəkillər vasitəsilə öyrətmək üsulu tətbiq edilir. Bu əsasən 2-4 yaş arası uşaqlara aid edilir. Onların təbiəti və cəmiyyəti tanımaq bacarıqlarının formalaşdırılması üçün baş verən prosesləri şəkillər, amma rəngli şəkillər vasitəsi ilə öyrədilməsi təcrübəsi var. Lakin orta ümumtəhsil məktəblərində bilavasitə elmin tərkib hissəsi kimi şəkillərdən istifadə çox həssas yanaşılan bir məsələdir. Dünyanın təhsil sahəsində inkişaf etmiş ölkələrində vəhşiliyi əks etdirən qan, qorxu və s. bədheybət tipli şəkillərin verilməsi 9 yaşa qədər olan uşaqlar üçün qadağan edilib. Yəni heç bir dərslikdə təcavüzü, şiddəti əks etdirən şəkillərin verildiyi informasiyalar olmamalıdır. Hətta şagirdlərin yaş xüsusiyyətlərinə uyğun olaraq dərsliklərdə şəkillərin verilməsi əsas tələblərdən və meyarlardan biri kimi ortaya çıxır. Təəssüf ki, Azərbaycanda bu hal gözlənilmir. Hətta 1, 2 və 3-cü sinif kitablarında dini inanclarla bağlı şəkillər də görürük. Bu qəbul edilmir və heç bir halda şagirdlərə dini özündə əks etdirən informasiyaların verilməsi məqbul hesab olunmur. Bütün hallarda hesab edirəm ki, Azərbaycanda şəkilli məsələlər iki formatda həyata keçirilməlidir:

1. Təbiəti və cəmiyyəti tanımaq məsələsində;

2. Hər hansı bir elm, informasiya əldə etmək məsələsində.

Tutaq ki, biz Amerika haqqında məlumatı onun şəhərlərini əks etdirən şəkillər vasitəsilə verə bilərik. Amma o şəkillərdə Amerikanın apardığı müharibələrlə bağlı döyüş səhnələrini əks etdirmək düzgün deyil. 5-ci sinifin tarix kitabında Şəki Xan Sarayının şəkli və onun yanında kəsilmiş baş, asılmış insan fotoları verilib. Axı bu düzgün deyil. Şəkillər özündə verilən informasiyanı əks etdirməlidir. Ümumi olaraq belə düşünürəm ki,dərsliklərdə təbiəti əks etdirən şəkillərə geniş yer vermək lazımdır və şəkillərin seçilməsində əvvəlcə psixoloq, sonra isə pedaqoq rəyi nəzərə alınmalıdır.

Elnarə Salamovaскачать dle 10.6фильмы бесплатно

Tarix:8-06-2018, 15:14
Oxunub:91 952


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti