yüklənir...
yüklənir...

Ağcabədidə Mirzəyevlər kabusu:

Ağcabədi Suvarma Sistemləri İdarəsinin rəisi Malik Mirzəyev haqda elektron mətbuatda və sosial şəbəkələrdəki səhifələrdə iddialar səslənir



FİA.Az-ın feysbuk üzərindən xəbərinə görə, Ağcabədidən olan sosial şəbəkə istifadəçiləri M.Mirzəyevin suvarma korrupsiyasından yazırlar.

Vurğulayırlar ki, M.Mirzəyevin hazırki vəzifəsinə irəli çəkilməsində qardaşının rayon icra başçısının müavini işləməsi rol oynayıb.

O qardaşı ki, Xalid Mirzəyevin adı məktəblini döyməkdə hallanmışdı. Bu haqda sonolay.org saytı xəbər yaymışdı.

Başçı müavinin oğlu Ayxanın oxuduğu 11 saylı məktəbin 6-cı sinif şagirdi Rəvan Oruc oğlu Səfərovu döymüşdü. Sonra onu tədris otağına salaraq qapısını bağlamışdı.

İcra başçısı müavinin bu addımı atmasına səbəb Rəvan Səfərovun Xaliq Mirzəyevin birinci sinifdə oxuyan oğlu Ayxanın 20 qəpiyini alıb, geri qaytarmaması olub (?)

İki azyaşlının uşaqlıq hərəkətlərinə valideynin kobud müdaxiləsi cəmiyyətdə səs-küy doğurmuşdu.

X.Mirzəyev icra başçısı Şahin Məmmədovla qohumluq əlaqələrinə malikdir. Elə rayon sakinləri icra başçısının müavininin ərköyünlüyünü qohumuna güvənməsi ilə bağlayırlar.

“Meliorasiya və Su Təsərrüfatı” ASC sədri Əhməd Əhmədzadə isə onun qardaşını icra başçısının xahiş və təkidlərindən sonra gerçəkləşdirmişdi.

KİV üzərindən xəbərinə görə, M.Mirzəyev maxinasiyalarında icra başçısı və müavini olan qardaşı da iştirak etdikləri vurğulanır.

Həmçinin, keçmiş idarə müdiri Əli Əliyev də pulun bir hissəsini yoxa çıxarıb.

Saytlarda gedən yazılara görə, bu şəxslərin hazırda həbsdə olan rabitə və informasiya texnologiyaları nazirliyinin keçmiş aparat rəhbəri Vidadi Zeynalovla yaxın dostluq əlaqəsi olub.

İşçlərin əməyini müşahidə kamerası altında istismar edən, dar ayaqda olana əl uzatmaqdansa, yıxılanı itələyən M.Mirzəyevin özündən razılığı hətta o səviyyəyə çatıb.

Ki, idarənin tabe olduğu "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin rəhbərliyindən gələn göstərişləri də əldə rəhbər tutmağı şəninə sığışdırmır.

Şahin Məmmədov rayonda 16 km-lik çuqun boru satdırıb. Rayon ərazisində cəmisi 3-dənə şirin su üçün artezian vuruldu.

Həmin artezianlar icra başçısı tərəfindən çobanlara satıldı. Rayona içməli su çəkmək üçün alınmış xeyli sayda dəmir su borularını Şahin Məmmədov 1 milyona kimlərəsə satdı.

Şahin Məmmədov 2-ci dəfə dövlət büdcəsindən külli miqdarda pul ayırtdırdı və Ağcabədi camaatına içmək üçün Qarabağ kanalından su çəkdirdi.

Bütün bu işlər rayondakı sahibkarların hesabına edildi. Büdcədən ayrılmış vəsaitlər isə icra başçısının hesabına yatırıldı.

Ağcabədi suvarma sistemləri barəsində, su və melorasiya idarəsində, subartezian quyuları idarəsində Qıyamadınlı kəndindən Şahin Məmmədovun 50-yə yaxın qohumunun adına əmək haqqı yazılır.

Onlar işə çıxmırlar, ancaq maaş kartları əllərində, hər ay əmək haqqı alırlar. Şahin Məmmədov əslən Ağcabədinin Qıyamadınlı kəndindəndir.

Rayonda tender oyunları gedir. Belə ki, maliyyə idarəsinin işçilərinin adına, uşaqlarının adına, yaxud yaxın qohumlarının adına olan şirkətlər tenderlərdə qalib elan edilir.

Qarşı tərəfi dinləməyə hazırıq.
скачать dle 10.6фильмы бесплатно

Tarix:8-06-2018, 14:38
Oxunub:87 383


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti