yüklənir...
yüklənir...

” İlham Əliyevin seçkilərdə 1-ci olmaq ehtimalı maksimum dərəcədə yüksəkdir” -

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi seçki öncəsi təbliğat-təşviqat kampaniyasına start verib.


Təbliğat kampaniyası mərhələli olaraq bölgələrdə davam etdiriləcək.

Vetenperverler.az xəbər verir ki, bu sözləri Unikal.org-a YAP Gənclər Birliyinin ofisinin rəhbəri, təşkilatın sədr müavini Əli Pənahov deyib:

"Hazırda gənclər arasında canlanma müşahidə edirik.Biz yeni aksiya təşkil etmişik aprel2018.biz saytı yaradılıb.Həmin saytda cənab prezidentin siyasətini dəstəkləyən gənclər öz fotolarını yerləşdirirlər.Dünəndən başlanılan aksiyaya yüzlərlə insan qoşulub.Bu rəqəm hər keçən gün daha da artır. Biz YAP Gənclər Birliyi olaraq sorğular qəbul edirik.Sosial şəbəkələr vasitəsilə, həmçinin birliyin əlaqə nömlərinə zəng edən gənclər cənab prezidentin təbliğat-təşviqat kampaniyasında aktiv iştirak etmək istədiklərini söyləyirlər”.

Əli Pənahov vurğulayıb ki, Azərbaycan gəncliyinin əsas hissəsi Yeni Azərbaycan Partiyasında birləşib.Bu gənclik də 11 aprel prezident seçkilərində Cənab prezident İlham Əliyevi dəstəkləyəcək:


"Ümumilikdə götürsək Azərbaycan cəmiyyətində, ictimaiyyət arasında cənab prezident İlham Əliyevin seçkilərdə 1-ci olmaq ehtimalı maksimum dərəcədə yüksəkdir.Nəinki gənclər, vətəndaşlar tərəfindən prezidentin siyasətinə böyük inam var.Ölkə əhalisinin 40 faizini gənclər təşkil edir.Həmin 40faiz gəncliyin əksəriyyəti cənab prezidenti dəstələyir və ona səs verəcək.Əminliklə deyə bilərik ki, 11 aprel prezident seçkilərində qalib, ölkənin lideri İlham Əliyev olacaq”.
скачать dle 10.6фильмы бесплатно

Tarix:21-03-2018, 12:52
Oxunub:54 097


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti