yüklənir...
yüklənir...

Sumqayıtlılar “Novruzu" möhtəşəm qeyd edirlər

Sumqayıtlılar Milli bayramımız olan “Novruzu" qeyd edirlər.

Novruz bayramı-milli mənəvi dəyərlərin əbədiyaşarlıq rəmzidir. Milli yaddaşımızın bayramıdır. Azərbaycan xalqının zəngin tarixi mədəniyyətini, milli adət-ənənələrini özündə yaşadan Novruz bayramı bu gün Sumqayıt şəhərində möhtəşəm şəkildə qeyd edildi. Sumqayit şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, icra hakimiyyətinin məsul əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, xarici qonaqlar, ictimaiyyət nümayəndələri eləcə də minlərlə şəhər sakini və qonaqlar iştirak etdilər. Üzeyir Hacıbəyov adına “Kimyaçı” Mədəniyyət Sarayının qarşısında keçirilən bayram şənliyində Dədə Qorqud, Oğuz elinin igidi Qazan xan Azərbaycan xalqına xeyir dua verərək xalqımıza bol ruzu bərəkət gətirməsini arzuladı. Sumqayıt şəhər icra başçısı Zakir Fərəcov Novruz tədbirinin açılış rəmzi olan bayram tonqalını alovlandırdı. Novruzun personajları olan keçəl və kosanın iştirakı ilə qədim xalq rəqsləri, oyunları, kəndirbaz, idmancıların müxtəlif nömrələri mərasim iştirakçıları tərəfindən maraqla qarşılandı və hər kəsdə xoş ovqat yaratdı. Tədbir iştirakçıları əsrlər boyu yaşadığı qoruyub gələcək nəsillərə ötürdüyü milli mənəvi dəyərləri özündə əks etdirən səhnələrə yun daramağa, nehrə çalxalamağa, milli geyimlərimizə, milli mətbəximizə, xalq yaradıcılığının və sənətkarlığın ən gözəl nümunələrinə tamaşa etdilər. “Kimyaçı” Mədəniyyət Sarayının qarşısında Novruz adət-ənələrini əks etdirən müxtəlif çadrlar qurulmuşdur. Şəhərin müxtəlif məktəblərinin, mədəniyyət evlərinin, idarə və müəssisələrinin novruza həsr olunmuş çadların hər biri Azərbaycanın müxtəlif bölgələrinin milli adət-ənənələrini, milli yeməklərini, şirniyyatlarını, xalca-palaz, kilim qab-qacaq və digər məişət əşyaralını nümayiş etdirirdilər. Bu cadrlar qədim torpağımız olan Naxçıvanı, cənubun mirvarisi olan Lənkəranı, yaşı Nuhdan belə əzəl , igidlər oylağı olan Şəkini, mirvari gözlü Maralgöllü, Göygöllü Gəncəni, şairləri və aşıqları ilə məhşur olan Şirvanı, İçərişəhəri, Qız qalası olan Bakını, xarıbülbüllü, cənnət məkanımız olan Qarabağı, şirin meyvələri ilə ad qazanan Qubanı təmsil edirdi. Zakir Fərəcəv bu cadırlarla bir-bir tanış oldu və burda olan təamların dadına baxdı. Burda böyük bir Azərbaycan var idi. Azərbacan və Azərbaycanlılar hamısı bizik. Bu bayramda bir daha biz Azərbaycanın xalqının biriliyi nümayiş olundu. Tədbir konsert proqramı ilə davam etdirildi. Konsertdə Sumqayıt şəhər Bülbül adına Uşaq İncənət Məktəbinin müəllimlərdən ibarət xor kollektivi, məktəbin “Ümüd” rəqs qrupu, xalq çalğı alətləri orkestri və müxtəlif musiqi kollektivləri çıxış etdilər. Milli bayramımız “Novruz” hər il yüksək səviyyədə bahar ətirli Sumqayıt şəhərində eləcədə Respublikamızda qeyd olunur. Xalqın milli etiqadına söykənməklə özündə bədii estetik, milli əxlaqi dəyərləri, ülvi və dünyavi duyğuları təcəssüm etdirir. Təzə ildə xoş gününüz mübarək. Elimizdə, obamızda həmişə belə şad günlər keçirilsin. Bayramınız mübarək əziz Sumqayıtlılar, əziz Azərbaycan xalqım!
Vetenperverler.az-ın bölgə müxbiri Yeganə Telmanqızı.

скачать dle 10.6фильмы бесплатно

Tarix:19-03-2018, 19:00
Oxunub:60 015

MİLLİ QƏHRAMANLAR
Xəbər lenti