yüklənir...
yüklənir...

Bayrağımızı zirvələrə daşıyan POLİSLƏRİMİZ


Vetenperverler.az xəbər verir ki, DİN-nin Mətbuat Xidməti ölkəmizi dünya arenalarında tanıdan və üç rəngli bayrağıımızı öz qələbələri ilə zirvələrə dqşıyan igid polis əməkdaşları haqqında məlumat yayıb.


DİN-nin rəsmisi qeyd edir ki,Milli dövlətçilik tarixində şərəfli yer tutan əlamətdar yubileylər ərəfəsindəyik. Bu sırada Azərbaycan Polisi özünün 100 illik yubileyini alnıaçıq, üzüağ qarşılayır.
Daxili işlər orqanları yarandığı gündən xalqın mənafeyinin qorunması istiqamətində üzərinə düşən vəzifələri hər zaman layiqincə yerinə yetirib. Cinayətkarlıqla mübarizə cəbhəsinin əsgərləri asayişin, sabitliyin qorunmasında, həm də xalqın can, mal güvənliyinin təmini, təhlükədə olanların xilası üçün lazımi köməyin göstərilməsində dastanlara sığmayan qəhrəmanlıqlar göstəriblər. Eyni zamanda ölkəmizin bir çox sahələrdə dünyada tanınması, o cümlədən idmanımızın beynəlxalq aləmdə layiqincə təmsil olunması üçün əllərindən gələni heç zaman əsirgəməyiblər.
Ölkəmizin tarixinə - idman tariximizə zəfərlər yazan, bayrağımızı dünyanın bir çox dövlətlərində ucaldan idmançı əməkdaşlarımızı əksər ölkələrdə ən güclü rəqiblər kimi tanıyırlar. Sevindirici haldır ki, onların bu zəfər yolu, hünər yolu davam edir. Sıralarımızda onların yüzlərlə davamçısı yetişir.
Bu əlamətdar bayram ərəfəsində bizə, xalqımıza, dostlarımıza qələbə payı bəxş edən idmançı əməkdaşlarımızdan bir neçəsini də sizlərə təqdim etməyi özümüzə borc bildik:


Bayrağımızı zirvələrə daşıyan POLİSLƏRİMİZ
Nəqliyyatda Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Eduard Məmmədov idmanın kiqboksinq növü ilə məşğul olur. O, 23 dəfə dünya, 7 dəfə Avropa, Asiya və Avrasiya çempionudur. Dəfələrlə beynəlxalq turnirlərin qalibi, onbeşqat respublika birincisi olan E.Məmmədov əməkdar idman ustası və əməkdar məşqçidir.



Bayrağımızı zirvələrə daşıyan POLİSLƏRİMİZ
Baş Narkotiklərlə Mübarizə İdarəsinin şöbə rəisi, polis polkovniki Qalib Hümbətov idmanın sambo və güləş növləri ilə məşğul olur. Beynəlxalq dərəcəli idman ustasıdır. 12 qat respublika birincisi olan təmsilçimiz həm də yeniyetmələr və gənclər arasında 3 dəfə Avropa, 2 dəfə isə dünya çempionu olub. Böyüklər arasında baş tutan Avropa çempionatında da 2 dəfə qızıl medal qazanıb.
2003-cü ildə Fransanın Nitsa şəhərində keçirilmiş polislər arasında dünya çempionatının da qalibidir. Dəfələrlə beynəlxalq turnirlərdə baş mükafata sahib olub.

Bayrağımızı zirvələrə daşıyan POLİSLƏRİMİZ
BDYPİ-nin əməkdaşı, polis kapitanı Fərid Mayılov ölkəmizdə kunq-fu sanda idman növünün, belə deyək pionerlərindəndir. Kiçik yaşlarından güləş, daha sonra boksla məşğul olub. Ölkə çempionatlarında 12 dəfə qalib gəlib. Dəfələrlə əlbəyaxa döyüş üzrə DİN birinciliklərində baş mükafata sahib olub. Gücünü beynəlxalq miqyaslı yarışlarda da sınayıb. 2 dəfə dünya kubokunu qazanıb, bir o qədər də Avropa çempionu olub. 6 dəfə dünya çempionatının qızıl medalına sahib olub. Əməkdar idman ustası F.Mayılov həm də ölkəmizin Kunq-fu Federasiyasının vitse-prezidentidir.






Bayrağımızı zirvələrə daşıyan POLİSLƏRİMİZ DİN İdman Cəmiyyətinin İdman Təlimi şöbəsinin inspektoru, polis kapitanı Rauf Məmmədov şahmat oynamağa 7 yaşından başlayıb. 2004-cü ildən qrossmeysterdir. O, 2009-cu ildə Novi Sad və 2013-cü ildə Varşavada keçirilən Şahmat üzrə milli komandaların Avropa çempionatında qızıl medal, daha öncə, 2007-ci ildə isə bürünc medal qazanmış Azərbaycan komandasının tərkibində, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Vüqar Həşimov və Qədir Hüseynovla birgə çıxış edib. 2009-cu ildə Rauf Texas ştatının Lubbok şəhərində keçirilən 16-cı kateqoriyalı SPİCE Kubok Turnirində Yuriy Kuzubov və Dmitry Andreikinlə 1-3-cü yerləri bölüşüb.
2011-ci ildə Corsica Masters blitz turnirinin qalibi olub. 2015-ci ildə Minskdə keçirilən Şahmat üzrə Avropa Bitz Çempionatının qalibidir. Üçqat Azərbaycan çempionudur.




Bayrağımızı zirvələrə daşıyan POLİSLƏRİMİZ Sabunçu RPİ-nin kadr və peşə hazırlığı üzrə baş inspektoru, polis leytenantı Ədilə Qurbanova idmanın karate və pauerliftinq növləri ilə məşğul olur. Səkkizqat respublika çempionu olan təmsilçimiz 2 dəfə dünya kubokunun sahibidir. Beynəlxalq turnirlərdə dəfələrlə fəxri kürsünün ilk pilləsinə yüksəlib. Pauerliftinq üzrə 3 dəfə respublika birincisidir.









Bayrağımızı zirvələrə daşıyan POLİSLƏRİMİZSumqayıt ŞPİ-nin əməkdaşı, polis baş leytenantı Vaqif Ağazadə cüdo üzrə ikiqat respublika çempionudur. DİN-də keçirilən yarışlarda da bir neçə dəfə fərqlənərək qızıl medal qazanıb. Beynəlxalq turnirlərdə də fəxri kürsünün ilk pilləsinə qalxmağı bacarıb.











Bayrağımızı zirvələrə daşıyan POLİSLƏRİMİZPolis serjantı Tural Bayramov BDYPİ-də xidmət edir. Kiqboksinqlə məşğul olan təmsilçimiz ölkə çempionatında 8 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Kiqboksinq üzrə 3 qat dünya çempionudur. Peşəkarlar arasında həm ölkə, həm də dünya çempionudur. Əlbəyaxa döyüşdə 3 versiya üzrə dünya kəmərinin sahibidir. Avropa kəmərini də əldən verməyib. K-1 döyüş versiyasında Asiya, Avroasiya və dünya çempionatlarının qalibidir. Peşəkar rinqdə keçirdiyi 35 döyüşdən 32-də qələbə qazanıb.








Bayrağımızı zirvələrə daşıyan POLİSLƏRİMİZ Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşı, polis serjantı Əli Mirələkbərli Kunq-fu Sanda ilə məşğul olur. 4 dəfə dünya, 5 dəfə Avropa çempionu olan təmsilçimiz 3 dəfə də Dünya kubokunun sahibi olub. İştirak etdiyi respublika və beynəlxalq turnirlərdə dəfələrlə qalib olub.
Əldə etdiyi nailiyyətlərə görə 2012-ci ildə ölkə rəhbəri tərəfindən mənzillə mükafatlandırılıb.








Bayrağımızı zirvələrə daşıyan POLİSLƏRİMİZ Azərbaycan Respublikasının əməkdar məşqçisi Tural Əliyev Sumqayıt ŞPİ-də xidmət edir, polis serjantıdır. Məşğul olduğu pəhləvan güləşi üzrə 3 dəfə Avropa çempionu, bir o qədər də Dünya kubokunun sahibidir. Təmsilçimiz ardıcıl olaraq 3 dəfə İslam Oyunlarının gümüş medalçısıdır. 2009, 2010 və 2011-ci illərdə dünyanın ən yaxşı pəhləvan güləşçisi seçilib.
Beynəlxalq dərəcəli hakim, idman ustasıdır.









Bayrağımızı zirvələrə daşıyan POLİSLƏRİMİZ Xəzər Rayon Mühafizə İdarəsinin əməkdaşı, polis serjantı Kənan Abdullaxanlı idmanın cüdo növü ilə məşğul olur. Avropa çempionu və bürünc medalçısıdır. Təmsilçimiz 2017-ci ildə qatıldığı İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb. 2016-cı ildə Rio-De-Janeyroda keçirilən Yay Olimpiya Oyunlarında ilk beşlikdə qərarlaşıb.












Bayrağımızı zirvələrə daşıyan POLİSLƏRİMİZ DİN-in Maddi Texniki Təminat Baş İdarəsinin əməkdaşı, polis serjantı Fariz Nəbiyev artıq 20 ildir ki idmanla məşğul olur. Əlbəyaxa döyüş üzrə 2 dəfə dünya, 1 dəfə Avropa çempionudur. Respublika birinciliklərində də 12 dəfə qızıl medal qazanıb. Dəfələrlə beynəlxalq turnirlərdə baş mükafata layiq görülüb.
O, əlbəyaxa döyüşdən başqa idmanın karate və kiqboksinq növləri ilə də məğul olur.
İdman ustası F.Nəbiyevin yetirmələri də uğurlar əldə edir, aralarında Avropa çempionu da var.








Bayrağımızı zirvələrə daşıyan POLİSLƏRİMİZ
Sumqayıt ŞPİ-nin daha bir əməkdaşı Vüsal Quliyev də idmanın cüdo növü ilə məğul olur. O, həm yeniyetmələr həm də böyüklər arasında Azərbaycan çempionu olub. Beynəlxalq turnirlərdə və zona yarışlarında da qalib gəlib. Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq turnirlərdə qızıl və gümüş medallar qazanıb. DİN Daxili Qoşunlarda xidmətdə olarkən Qoşunların birinciliyində müxtəlif əyarlı mükafatlara sahib olub.








Bayrağımızı zirvələrə daşıyan POLİSLƏRİMİZ DİN Daxili Qoşunlarının İdman komandasının əsgəri Ağamahmud Siracov yeniyetmə yaşlarından DİN İdman Cəmiyyətində məşğul olub, kiqboksa həvəs göstərib. Nəticə uğurlu olub. Kiqboksinqi seçən Ağamahmud qısa vaxtda yüksək nəticələr əldə edib. Ölkə və beynəlxalq turnirlərdə layiqli qələbələr qazanıb. Dəfələrlə ölkə birinciliyinin və çempionatının qalibi olub. 2013-cü ildə yeniyetmələrin Avropa birinciliyində qalib gəlib. 2 il əvvəl İtaliyada dünya çempionu olub, ötən il Macarıstanda isə dünya çempionatının bürünc medalına sahib olub.

скачать dle 10.6фильмы бесплатно

Tarix:19-03-2018, 18:32
Oxunub:60 092


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti