yüklənir...
yüklənir...

Altı yaşlı məktəbli atasının şəklini Milli Qəhrəmanlar lövhəsində görüb, tanıdı

Azərbaycanın Milli Qəhrəmanı, baş leytenant Rafiq Nəsrəddinovun bu gün doğum günüdür.


Vətənpərvər yurdsevən vətəndaş, Azərbaycan Dövlətinin gələcəyini millətimizin, xalqımızın sabahını təmin etməyə çalışanlardan biri də “Azərbaycanın Milli Qəhrəmanı”, Qarabağ müharibəsi şəhidi Nəsrəddinov Rafiq Hüseyn oğludur.
Rafiq 18 mart 1961-ci ildə Bakıda dənizçi ailəsində dünyaya gəlmişdir. Ailənin ilk övladı idi. Çox sakit təbiətli bir uşaq idi. 1968-1978-ci illərdə indi onun adını daşıyan Nərimanov rayonundakı 39 saylı orta məktəbdə təhsil almışdır. O, həddən artıq sevilən şagird idi. Rayon şahmat turnirində birinci yeri tutub, cağrafiya fənnindən olimpiadaya qalibi olub. Coğrafiya fənnini cox mükkəməl bilirdi. Ailənin böyük övladı olduğu üçün bacıları, qardaşı onun sözündən çıxmırdı. Atası dənizçi olduğu ücün evdə tez-tez olmurdu. O ailəyə kömək, arxa idi. Çox gülərüzlü, nurlu siması vardı Rafiqin. Məktəbdən sonra gülərüz, şən, çox istedadlı olan Rafiq həyatını inçəsənətə bağlamışdır. O tarda, pianoda ifa edirdi. Orta təhsilini başa vurur. Iki il dalbadal İncəsənət İnistitutuna sənəd verir hər dəfə də 1 balı, yarım balı çatmır kəsilir.
1979-cu ildə Nərimanov rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağrılır. 1981-ci ildə tank qoşunlarında hərbi xidmətini başa vurur. Hərbi xidmətdən qayıtdıqdan sonra İncəsənət İnistitutuna sənədlərərini verir və yenə də 1 balı çatmır.
1982-ci ildə isə Bakı Dövlət Universitetinin coğrafiya fakultəsinə daxil olur. Deməli tale belə buyurubmuş. Alın yazısından qaçmaq olmaz və həmin alın yazısı onu öyrəndiyi coğrafiya peşəsini yaxşı mənimsədiyinə, xəritəni gözəl bildiyinə görə göndərildiyi səngərdə də həlak olmaq yazısıymış.
1987-ci ildə Universiteti əla qiymətlərlə bitirir. Su Təsərrüfatı İnistitunda mühəndis vəzifəsinə təyin edilir. 1988-ci ildən başlayaraq Ermənistanın Azərbaycana təcavüzü və haqsız torpaq iddiaları Rafiqə çox pis təsir etmişdir. 1990-cı il “Yanvar hadisələri” baş verən günlərlə Şəhidlər Xiyabanında qəbir qazırdı. “20 Yanvar” da şəhid olanların dəfninə yaxından köməklik edir və 40 gün evə gəlmir. Ailəsi çox narahat olur Rafiq üçün və o deyir ki, “Vətən dar gündədi, şəhidlərimiz var. Biz isdəyirik ki, müstəqil olaq, azad olaq. Mənim yerim burda deyil. Mühüribədə həmvətənlərimə, xalqıma kömək etməliyəm”. 1992-ci ildə baş verən Xocalı hadisələri Rafiqə çox pis təsir etmişdir. Ailəsi onun göz yaşlarını o hadisələrdə gördü. Kiçik yaşlarından və həyatı dərk etməyə başladığı vaxtdan ana-Vətən məfumu ilə, yurd, torpaq sevgisi Rafiqdə o qədər dolğun idi ki, Qarabağ müharibəsi başlayanda özünü ön sıralara atdı. Öz övladlarını da vətənpərvər ruhda tərbiyə edirdi. Onlara Vətənə sevgi ilə, etiramla yanaşmağı öyrədirdi. 2 yaşlı qızı Nərgiz hələ yaxşı danışa bilməsə də Rafiq ona “əsgər marşı”nın sözlərini və musiqisini öyrətmişdir.
Rafiqi 1992-ci ildə bir zabit kimi Səbael rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına çağrılır. Ailəsi nə qədər desə ki, “sənin uşaqların körpədi getmə. Sənin uşaqlarının birinin 2, birinin 4 yaşı var. O da cavabanda deyir ki: - Mənim uşaqlarım olduğu kimi cəbhədə vuruşanların da uşaqları evdə qalıb. Mən Vətən üçün mütləq xidmətə getməliyəm. Və səhəri günü cəbhəyə yola düşür.
Vətən çağrışını səbirsizliklə gözləyən Rafiq Goranboyun kəndlərinin azad olunması qatıldı və müvəfəq oldu. Rayonun dörd kəndi düşmən əlindən azad olundu. Çəbhəyə gəldiyi ilk gündən özünü təcrübəli zabit kimi göstərmişdir. O xəritəni əla bildiyi üçün döyüş yolunu düzgün seçirdi. Rafiq döyüş dostları arasında böyük hörmət qazanmışdır. Təcrübəli döyüşcü olması onun işini nisbətən asanlaşdırırdı. Erməni quldurlarını dəfələrələ ağır itkilərə məruz qoymuşdur. Bunu nəzərə alan komandanlıq onu tank hərbi hissəsinin qərərgah rəisi təyin etmişdir. O Ağdərə rayonunun bir sıra kəndlərinin erməni işğalından təmizlənməsində yaxından iştirak edərək dəfələrlə qəhrəmanlıq nümunəsi göstərmişdir və həmişə də ən qaynar nöqtələrdə vuruşmuşdur.
6 sentyabr 1992-ci il...Rafiq Nəsrəddinovun son döyüşü. Ağdərə rayonunun Qızılqaya kəndində qeyri-bərəbər döyüşdə son nəfəsinədək vuruşur və düşmən əhatəsinə düşərək snayperlə başından vurulur. 31 yaşında qəhrəmancasına ən uca zirvəyə şəhidlik zirvəsinə ucalır.
Bakı şəhəri Şəhidlər Xiyabanında dəfn edilib. İki qızı yadigar qalıb. Qizi Aynur xanım deyir ki: - "Atam rəhmətə gedəndə mənim 4 yaşım vardı. Anamdan soruşandakı atam hani? Deyirdi ki, müharəbədədi. Amma uşaq idim müharibə nə demək idi anlamırdım. 6 yaşında birinci sinifə getdim. Bir neçə müddət kecir təsədüfən məktəbin 2-ci mərtəbəsində böyük bir lövhə gördüm, üstündə yazılmışdır “Azərbaycanın Milli Qəhrəmanları”. Dayanıb şəkillərə baxdım. Şəkillərinin içində atamın şəklini tapdım və onda başa düşdüm ki, atam rəhmətə gedib. Mən bu gün fəxr edirəm ki, atam Vətən uğrunda həlak olub və mən Azərbaycanın Milli Qəhrəmanının qızıyam. Allah bütün şəhidlərimizə rəhmət eləsin.”
Azərbaycan Respublikasının prezidenti, Ümummilli lider Heydər Əliyev 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə baş leytenant Nəsrəddinov Rafiq Hüseyn oğlu ölümündən sonra “Azərbaycan Milli Qəhrəmanı” fəxri adına layiq görülmüşdür. Oxuduğu 39 saylı orta məktəb qəhrəmanımızın adını daşıyır, burada büstü qoyulub. Yaşadığı binanın önünə xatirə lövhəsi vurulub. Rafiqin adı təkcə oxuduğu 39 saylı orta məktəbin və yaşadığı binanın önündə yazıldığı xatirə lövhəsində deyil, qəlbimizdə yaşayacaq. Çünki Rafiq dövlətini, millətini, Vətənini sevirdi. Bizdə Rafiq kimi bu sevgini öz əməllərimizlə göstərməliyik. Düşmənlərimizə qarşı birləşərək addımlar atmalıyıq ki, onun da ruhu şad olsun. Yeni ad günün mübarək şəhid qardaşım. Nur içində yatasan.

Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!


Yeganə Telmanqızı.

скачать dle 10.6фильмы бесплатно

Tarix:18-03-2018, 17:39
Oxunub:57 147


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti