yüklənir...
yüklənir...

Lənkəran rayon sakinləri Yasamalda oğurluq edib -

BACI-QARDAŞ OĞURLUQ ETMİŞDİLƏR…



DİN Mətbuat Xidmətindən Vetenperverler.az-a verilən məlumata görə Martın 15-də DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə Yasamal rayonu ərazisindəki mənzillərdən birindən oğurluq edilməsi barədə müraciət daxil olub.
Məlumatla əlaqədar dərhal Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla rayonun Z.Əhmədbəyov küçəsində kirayədə yaşayan əcnəbi vətəndaşın mənzilindən içərisində 5000 manat və 5000 ABŞ dolları olan pulqabısının oğurlandığı məlum olub.
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa müddətdə müəyyən edilib və onlar “isti izlər”lə saxlanılıblar.
Araşdırmalarla onların Lənkəran rayon sakinləri Elvin Səmədov və bacısı Gülər olduqları müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb.





скачать dle 10.6фильмы бесплатно

Tarix:17-03-2018, 15:11
Oxunub:47 028


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti