yüklənir...
yüklənir...

QƏBİRİSTANLIQ OĞRULARI TUTULDU

QƏBİRİSTANLIQDAN OĞURLUQ EDƏNLƏR SAXLANILIB



DİN Mətbuat Xidmətindən Vetenperverler.az-a verilən məlumata görə Sabirabad Rayon Polis Şöbəsinə rayonun Kürkəndi kəndi ərazisindəki qəbiristanlıqda qəbirlərin kənarına quraşdırılan alüminiumdan olan çəpərlərin bəzək əşyalarının oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb və keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən 3 nəfər qısa müddətdə müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla onların Sabirabad şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - Mircabbar Miriyev, Yusif Əzizov və Əli Şirinov olduqları müəyyən edilib.
Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.
скачать dle 10.6фильмы бесплатно

Tarix:17-03-2018, 14:41
Oxunub:46 982


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti