yüklənir...
yüklənir...

Hacıqabul DYP-əməkdaşları Qarabağ qazisini bezdirib -

09:40

Hacıqabul DYP-nin əməkdaşları məlum oldu


Vetenperverler.az xəbər verir ki, Şirvan şəhər sakini, Qarabağ Qazisi Bayram Quliyevin Hacıqabul DYP-dən şikayəti əsasında apardığımız jurnalist araşdırması nəticəsində bəzi məqamlar ortaya çıxıb. Belə ki, araşdırmalarda QARABAĞ QAZİSİNƏ necə deyərlər GÖZ VERİB İŞIQ VERMƏYƏN DYP əməkdaşlarının kimliyi bəlli olub.
Hacıqabul DYP-nin avtopatrullarında "xidmət aparan"lar Rüfət Abbaslı və Balaxan Səmədov olduqları aşkarlanıb. Məlumat üçün bildiririk ki, hədsiz səs-küylü şəkildə Hacıqabul DYP-dən Baş DYP-nin (12-ci tağım) Sabirabad yolu üzərindəki DYP-stasionar postunda dəyişilən Rüfət Abbaslı haliyədə həmin posta xidmət aparır. Qarabağ qazisi Bayram Quliyev saytımızı məlumatlandıraraq bildirir ki, necə deyərlər həqiqətən onun canını boğazına yığan Hacıqabul DYP-nin əməkdaşları 99-YP-628 avtopatrulda xidmət aparan Rüfət Abbaslı və 99-YP-629 avtopatrulda xidmət aparan DYP əməkdaşı Balaxan Səmədov olmuşdur.


*******

Şirvan şəhər sakini 2-ci qrup Qarabağ əlili Bayram Quliyev bu gün Vetenperverler.az Xəbər Portalına Hacıqbul Rayon Polis Şöbəsinin Dövlət Yol Polisləri ilə bağlı şikayət məltubu ünvanlayıb.
Qarabağ qazisi müraciətində bildirir ki, Şirvan şəhərində qanuni tələblər çərçivəsində sərnişin daşıma fəaliyyəti ilə məşğul olur. Şirvandan Bakıya və yaxud da Bakıdan Şirvana doğru hərəkət edərkən dəfələrlə Hacıqabul DYP-sinin əməkdaşları heç bir əsas olmadan vətəndaş B. Quliyevə saxla işarəsi verərək saxlamış və uzun çək-çevirdən sonra müəyyən məbləğdə "şirinlik" aldıqdan sonra buraxmışlar. Bu halın dəfələrlə təkrarlandığını görən Bayram Quliyev DYP əməkdaşlarına heç bir şirinlik verməməyi qərarlaşdırır. Sonuncu dəfə vətəndaş DYP əməkdaşına imkanının olmadığını və bu səbəbdəndə ona "şirinlik" verə bilməyəcəyini bildirsədə Hacıqabul Rayon DYP əməkdaşı onunla sərt davranaraq idarə etdiyi avtomobili dayanacağa yerləşdirəcəyi ilə hədləmişdir. Xeyli vaxt DYP əməkdaşının tələbinin əsassız olduğunu ona izah etdikdən sonra heç bir cəza və cəriməsiz B. Quliyev avtomobili ilə DYP əməkdaşından uzaqlaşmışdır. Əsassız yerə Hacıqabul rayon Polis Şöbəsinin DYP bölməsi əməkdaşları tərəfindən incidilən Bayram Quliyev Vetenperverler.az Xəbər Portalı vasitəsi ilə DİN-i cənab Ramil Usubovu məlumatlandırmağı və belə DYP əməkdaşlatrına qarşı müvafiq ölçü götürülməsini xahiş etmişdir. Vətəndaş əlavə olaraq bildirir ki, Hacıqabul DYP-nə məxsus iki Yol Patrul avtomobili artıq bütün Şirvanlıların canını boğazına yığıb. Belə ki, Qarabağ Qazisi iddia edir ki, 99-YP-628 və 99-YP-629 dövlət nömrə nişanlı avto patrulda xidmət aparan DYP əməkdaşları sanki Şirvan- Hacıqabul yolu ilə hərəkət edən avtomobillərə qənim kəsiliblər. "Quş uçsa qanad salmalı" "Qatır keçsə dırnaq" prinsipini əsas götürən bu iki avtopatrul əməkdaşları sanki hər gün Hacıqabul-Şirvan yolu üzərində reyd keçirirlər. Sonda aidiyyatı üzrə DİN-i cənab Ramil Usubovdan kömək istəyən Bayram Quliyev bu DYP əməkdaşlarının əlindən cana gəldiyini bildirir.

P.S. Diqqətinizə çatdırırıq ki bir neçə vaxt bundan öncə də Hacıqabul DYP əməkdaşları xidməti avtopatrulla xidmət zamanı yol kənarında restoranda kameralara tuş gəlmişdilər. Hacıqabul DYP əməkdaşları son zamanlar bir çox qanunsuz əməllərlə medianın gündəmindən düşmürlər.
http://vetenperverler.az/gundem/2568-haciqabul-rayon-dovlet-yol-polis-emekdashlarinin-qedir-xum-keyfi-ve-ya.html
Hacıqabul DYP-əməkdaşları Qarabağ qazisini bezdirib -
Hacıqabul DYP-əməkdaşları Qarabağ qazisini bezdirib -
Hacıqabul DYP-əməkdaşları Qarabağ qazisini bezdirib -скачать dle 10.6фильмы бесплатно

Tarix:22-03-2018, 10:02
Oxunub:88 100


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti