yüklənir...
yüklənir...

Türkiyə Suriya sərhədinə əlavə qoşun toplayır


Türkiyə Suriya ilə sərhədinə əlavə hərbi texnika göndərir.


Vetenperverler.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri hərbi mənbələrə istinadən yazırlar.

Xəbər verilir ki, hərbi texnika Suriyanın Afrin bölgəsi ilə sərhəddə yerləşən Hatay vilayətinə göndərilib.

Qeyd edək ki, martın 13-də Baş Qərargahın bəyanatında deyilir ki, Türkiyə Silahlı Qüvvələri və Suriya Azadlıq Ordusunun qüvvələri Afrini tamamilə mühasirəyə alıblar.

Xatırladaq ki, yanvarın 20-də Suriyanın Afrin bölgəsində, Türkiyə Silahlı Qüvvələri Suriya Azadlıq Ordusu ilə birgə “Zeytun budağı“ adı altında hərbi əməliyyata başlayıb.
скачать dle 10.6фильмы бесплатно

Tarix:17-03-2018, 12:45
Oxunub:47 649


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti