yüklənir...
yüklənir...

Vətənini canından da çox sevən qəhrəman

Azərbaycanın Milli Qəhrəmanı Nurəddin İbrahimovun bu gün doğum günüdür.


Azərbaycan dövlətlər içərisində bir inci. Hər ana qaygısı bütöv bir cəmiyyətin formalaşması. Hər ata nəsihəti güclü ordu, yenilməz batalyondu. Hər körpə səsi kökü üstündə bitən gələcək nəsillərdi. Qüdrətinlə var ol ulu torpaq! Vətənini canından artıq sevən oğullarımızdan biri olan Nurəddin İslam oğlu İbrahimo vun bu gün ad günüdür. O, 16 mart 1951-ci ildə Bakı şəhərinin Buzovna qəsəbəsində dünyaya gəlib. 1959-1969-cu illərdə orta təhsilini 125 saylı orta məktəbdə almışdır. 1970-ci ildə ordu sıralarına cağrılmışdır. Xidmətini uğurla başa vurduqdan sonra Bakı Aqreqatlar Zavodunun texniki nəzarət şöbəsində əmək fəaliyyətinə başlamışdır. 1975-ci ilin iyul ayında komsomol cağrışı ilə BAM-a işləməyə gedir. 1978-ci ildə İrkutsk şəhər Daxili İşlər İdarəsində işə qəbul olunur. O, ali təhsil almaq qərarı verir. Polis sisteminə olan hədsiz həvəsi onu 1981-ci ilin mayında SSRİ Daxili İşlər Nazirliyi Xabarovsk şəhər Ali Milis Məktəbinə gətirib çıxarır. 1982-ci ildə İrkutsk şəhərində baş sahə inspektoru vəzifəsinə təyin olunur. Nurəddin İbrahimov 1986-cı ildə hüquqşunas ixtisası üzrə ali təhsilini müvəffəqiyyətlə başa vurur. Elə həmin ildə “Əla xidmətə görə” medalı ilə təltif olunur. 1988-ci ildə daha bir məsul vəzifəyə-cinayət axtarışı şöbəsinin rəisi vəzifəsinə təyin edirlər. 1989-cu ildə o, İrkutsk Şəhər Sovetinə deputat seçilir. Vətən darda olanda sahib olduğu status belə ona doğma torpağına qayıtmağa mane ola bilmir və o Azərbaycana qayıdır. 1990-cı ildə Laçın rayonuna sahə müvəkkili göndərilir. Burada gedən döyüşlərdə fəal iştirak edir. İbrahimov döyüşlərin birində yaralanır və bir müddət hospitalda müalicə olunur. Zədəsi ciddi olduğuna görə 1991-ci ildə öz işini Xəzər (Əzizbəyov)rayonuna sahə müvəkkili təyin edilir. Amma onu cəbhə xəttidən uzaqlaşdırmaq mümkün olmur. Tez-tez yoldaşlarının görüşünə gedir. Polis yoldaşlarına yaxından koməklik göstərirdi və baş verən döyüşlərdə fəal iştirak edirdi. O, qızgın döyüşlərə girirdi.
1993-ci ildə Kosalar kəndi və Cəbrayıl rayonu uğrunda gedən döyüşlərdə əsl qəhrəmanlıq göstərmişdir. Polis mayoru rütbəsinədək yüksəlmşdir. 10 fevral 1995-ci il...Binə qəsəbəsində cinayətkar dəstənin zərərləşdirilməsi zamanı xüsusi fəqrlənmiş və qəhrəmancasına həlak olmuş şəhidlik zirvəsinə ucalmışdır. Evli idi. Bir qızı yadigar qalıb. Bakı şəhər qəbirsanlığında dəfn edilib.
Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 1995-ci il tarixli 424 saylı fərmanı ilə ölümündən sonra İbrahimov Nurəddin İslam oğlu “Azərbaycan Milli Qəhrəmanı” fəxri adına layiq görülmüşdür.
Buzovna qəsəbəsindəki küçələrdən biri və Buzovna mədəniyyət evi onun adını daşıyır. Mədəniyyət evinin qarşısında büstü qoyulub. Azad və müstəqil olmayan Vətəndə azad vətəndaş da ola bilməz.
Məmməd Araz demiş;
Ölkə daşı olmayandan,
Olmaz ölkə vətəndaşı.

Qəhrəman şəhid qardaşım, yeni yaşın mübarək. Nur içində yatasan!

Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!


Yeganə Telmanqızı.

скачать dle 10.6фильмы бесплатно

Tarix:16-03-2018, 12:26
Oxunub:26 101


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti