yüklənir...
yüklənir...

Abşeronda “yaşıl terror”lara göz yuman Mübariz Vəliyev Hüseynqulu Bağırovu niyə saymır?

4 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin rəisi Zakir Fərəcova arxalanaraq nazirə meydan oxuyur.



"Obyektiv.info"nun yaydığı xəbərə görə bir neçə gün öncə ölkə mediasında sabiq millət vəkili Etibar Hüseynova istinadən Xırdalan şəhərində Heydər Əliyev prospektində “Birlik-7”MTK-nın yaşıl soyqırım həyata keçirtməsi barədə məlumat yayıldı. Sabiq millət vəkili “Birlik-7”MTK-nın Heydər Əliyev prospektindəki həyata keçirtdiyi “yaşıl soyqırım”a Abşeron rayon İcra Hakimiyyətinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin göz yumduğunu qeyd etməklə bərabər, onları ən ağır şəkildə ittihamda etdi.
Bildirək ki, Etibar Hüseynov bir ilə yaxındır Xırdalan şəhərində “yaşıl terror” barədə mütəmadi məlumatlar verir və cavabdeh qurumları tədbir görməyə çağırır. Ancaq nədənsə bütün cavabdeh qurumlar susmaqla məşğuldur.
Məsələ ilə bağlı apardığımız araşdırmada Obyektiv.org-a məlumat verən məlumatlı şəxlərin iddiasına görə Xırdalan şəhərində “yaşıl terrora” göz yuman qurumlardan biri Abşeron rayon İcra Hakimiyyəti, digəri isə 4 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsidir. Saytımıza daxil olan məlumatda bildirilir ki, Abşeron və Sumqayıt şəhərlərində son illər həyata keçirilən “yaşıl soyıqırıma” göz yuman 4 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin rəisi Mübariz Vəliyevin bəzi maraqları var. Bu maraqlar isə şöbə müdirinə çatacaq rüşvətdir. Məlumata görə Mübariz Vəliyev cavabdeh daşıdığı və nəzarət etdiyi ərazilərdəki “yaşıl terroru” icra hakimiyyətlərinin üstünə atmaqla özünü sığortalamqla məşğuldur. Ancaq hansısa bir ağacı kəsməyə gələndə orada ilk “bitən”də Mübariz Vəliyev olur və “haqqın”I alıb aradan çıxır.
Saytımıza daxil məlumatda vurğulanır ki, Mübariz Vəliyevin rüşvət alıb göz yumduğu “yaşıl soyqırım”ı medianın diqqətini cəlb edəndə şöbə rəisi Sumqayıt və Abşeron icra hakimiyyətlərini ortaya ataraq onların qarşısında acis qaldığını deyir.
Obyektiv.info-ya verilən məlumatda qeyd edilir ki, Mübariz Vəliyev son illər Sumqayıt Şəhər İcra Başçısı Zakir Fərəovun çətiri altına keçib. Məhz Zakir Fərəcovun dəstəyindən istifadə edən şöbə rəisi Sumqayıt və Abşerondakı “yaşıl soyqırım”lar barədə tədbir görmür. Çünki Abşeron və Sumqayıt icra başçıları ilə yaxın olan münasibətə malik Mübariz Vəliyev haqqını almaqla işini bitmiş hesab edir. Əldə etdiyimiz məlumatda bildirilir ki, Mübariz Vəliyev Zakir Fərəcovun çətiri altına keçəndən bəri Ekologiya və Təbii Sərvətlər Naziri Hüseynqulu Bağırovu belə saymamağa başlayıb. Şöbə rəisi hətta yaxın çevrəsinə açıq şəkildə deyib ki, prezident seçkilərindən sonra Hüseynqulu Bağırov vəzifəsi ilə vidalaşacaq və o Zakir Fərəcovun dəstəyi ilə ETSN-də yüksək vəzifəyə təyinat alacaq.

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.
скачать dle 10.6фильмы бесплатно

Tarix:14-03-2018, 15:43
Oxunub:9 813


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti