yüklənir...
yüklənir...

Yel çərşənbəniz mübarək

Bu gün Yel çənşənbəsidir.


Novruza - ilaxır çərşənbəyə saylı günlər qalıb. Artıq baharın ilk müjdəçisi bənövşə, nərgiz gülləri torpaqdan çoxdan baş qaldırıb. Zoğal, badam ağacları çiçəkləyib. Bəzi ağaclar artıq çiçəklənməyə bəhanə axtarır. Bu gün yel çərşənbəsidir. Yel çərşənbəsinə el arasında “küləkli çərşənbə”, “külək oyadan çərşənbə”, “yelli çərşənbə” də deyirlər. Qədim etiqadlarda qeyd edilir ki, torpağın altında-“qara nehrdə” yatmış dörd cür külək yer üzünə çıxaraq müxtəlif libaslarda özünü göstərir. Mifologiyamızda ağ yel-ağ, qara yel-qara, xəzri-göy, gilavar-qırmızı libasda təsvir edilir. Yel çərşənbəsi günü yel bu dörd yellə birləşib bütün dünyanı dolaşır. Suyu, odu hərəkətə gətirərək baharın gəlişindən xəbər verir.
Yel çərşənbəsi ilə bağlı inaclar da var: Əsrlərdən əsrə keçə-keçə bu günümüzə gəlib çıxmışdır. İnaca görə Yel cərşənbəsi gecəsi söyüd ağacının altına gedib niyyət elə. Yel babanı çağır. Əgər yel baba sənin səsini eşidib əssə və söyüdün budaqlarını torpağa toxundursa, arzun yerinə yetər.
Bütün çərşənbələrdə olduğu kimi Yel çərşənbəsində də tonqallar qalanır. Evlərdə plov bişirilir. Süfrəyə daha çox quru meyvələr və dənli bitkilərdən hazırlanmış çərəzlər qoyulur. Ev əşyaları təmizlənir, xalça-palaz çırpılır, yorğan-döşək havaya verilir. Xanımlar uşaqlar üçün təzə paltar biçib-tikir. Qız-gəlinlər qoz-fındığı ləpələyib şirniyyat hazırlığı tədarükü görürlər. Bu gün bir qarış böyümüş səmənin ortasına qumaş bağlanır.
Yel çərşənbəsində adətən hava təmizlənir. Gün ərzində küləyin bir neçə dəfə dəyişməsi onun özünün təmizlənməsi kimi qəbul edilir. Yel çərşənbəsində əsən soyuq və isti küləklər yazın gəlişindən xəbər verir. İnaclara görə çərşənbə axşamları Tanrı ancaq xoş sözlər eşidər. Ona görə də bu axşamlarda əllərimizi Ulu Tanrıya uzadıb dua edək ki, xalqımıza xoş günlər qismət olsun.
Çərşənbəniz mübarək! Qazanlarınız həmişə qaynar, süfrələriniz bol-bərəkətli olması arzusu ilə...

Yeganə Telmanqızı.

скачать dle 10.6фильмы бесплатно

Tarix:13-03-2018, 18:04
Oxunub:15 741


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti