yüklənir...
yüklənir...

Liseydə milli bayram tədbiri

Bu gün H.Mahbudbəyov adına 2 nömrəli texniki hümanitar elmlər liseyində “Cənnət görmək istəyən Azərbaycana gəlsin” adlı tədbir keçirildi.


Azərbaycanı dünyada məşhurlaşdıran əlbəttə ki, onun bir-birindən gözəl dilbər guşələridir. Hər tərəfi gülüstan olan vətənimizin hər daşında bir tarix, bir mədəniyyət yatır. Əsrlər keçsə də zəngin mədəniyyətə malik bölgələrimiz adət ənənələrimizi yaşadaraq onu gələcək nəsillərə ərməğan kimi ötütür. Məhz bu baxımdan hər il bir ənənə şəklində olaraq Bakıdakı Həbib Mahmudbəyov adına 2 nomrəli texniki humanitar liseydə "Cənnət görmək istəyən Azərbaycana gəlsin" layihəsi çərçivəsində Novruz bayramı ərəfəsində tədbir keçirilir. 2 nömrəli texniki hümanitar elmlər liseyin tədris və təşkilati işlər üzrə direktor müavini Nuranə Şixəliyevanın dəvəti ilə qatıldığımız tədbirin məqsədi şagirdlərdə vətənpərvərlik hissi, milli mənəvi dəyərlərimizin təbliği, bölgələrimizdə Novruz adət ənənələrinin qorunub saxlanmasını diqqətə çatdırmaqdır. Şagirdlərin hər bir bölgənin özünəməxsus ənənələrini, Novruz adətlərini ətraflı şəkildə əks etdirməsi onların vətənə məhəbbətinin bariz nümunəsidir. Hər ilduğu kimi buildə Novruz ərəfəsində martın 13-də liseydə çal-çağır idi. Tədris ocağında əsl bayram əhval-ruhiyyəsi hökm sürürdü. Liseyin həyətində tonqal qalanmış, şagirdlər milli geyimlər geyinmiş, çoxlu xonçalar bəzədilmişdir. Liseyin direktor müavini Nüranə Şıxəliyevanın təşkilatçılı ilə keçirilən tədbirdə şagirdlərin ifasındakı biri-birindən gözəl rəqslər, şerlər və məktəbli alpaqutçularin nümayiş etdirdikləri döyüş növləri liseyə qonaq gələnlərə xoş ovqat bəxş edirdi. Tədbirin maraqlı və rəngərəng edən məqamlardan biri siniflərdə hər bir bölgəni təmsil edən guşələrin yaradılması idi. Bakı, Gəncə, Naxçıvan, Lənkəran, Qarabağ, Şamaxı, Quba, Salyan adlı otaqlarda bölgələrimizin fərqli-fərqli mətbəxləri, folkloru tərənnüm edilirdi. Tədbirdə liseyin müəllim-şagird kollektivi ilə yanaşı Milli Məclisin deputatı Hikmət Babaoğlu, Səbayıl rayon icra hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova, Azərbaycan Yazıçılar Birliyinin üzvi Əkbər Qoşalı, Alpaqut döyüş növünün qurucusu və təsisçisi Vasif Namazov, Azərbaycan Kinkboks Fedarasiyasının vitse-prezidenti Arzuman Abdulkərimov və digər qonaqlar iştirak edirdi. Tədbirdə çıxış edən Milli Məclisin deputatı Hikmət Babaoğlu iştirakçıları salamlayaraq onları yel çərşənbəsi günü ilə bağlı təbrik etdi. Novruz bayramının tarixindən danışan millət vəkili belə tədbirlərin məktəblərdə keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirdi. Tədbirdə tədris ocağının direktoru Bəkir Mustafayev ,Təlim -tərbiyə və tədris işıəri üzrə direktor müavini qonaqlara bu tədbirdə iştirak etdiklərinə görə təşəkkürünü bildirdi. Liseydə şagirdlərin milli-vətənpərvərlik ruhunda tərbiyyə olunması istiqamətində görülən işlərdən danışdı.
P.S. Həmin lisey 1887-ci ildən fəaliyyət göstərən "H.Mahmudbəyovun məktəbi" adı ilə tanınır. 2 nömrəli Texniki Hümanitar liseyi Bakıda ən qocaman məktəblərdən biridir. Lisey Bakıda fəaliyyətə başlayanda rus-tatar məktəbi adı ilə tanınaraq şöhrət qazanıb. Təhsil ocağı minlərlə istedadlı məzunları ilə Respublikamızın adını dünya ölkələrinə tanıdan şagirdlər yetişdirmişdir. Liseyin məzunları - tanınmış ədəbi şəxsiyyətlər, siyasi və ictimai xadimlər, müəllim, idmançılar ölkəmizdə və ölkəmizdən kənarda öz işləri ilə yüksək fəaliyyət göstərirlər.

Liseydə milli bayram tədbiri
Liseydə milli bayram tədbiri
Liseydə milli bayram tədbiri
Liseydə milli bayram tədbiri
Liseydə milli bayram tədbiri
Liseydə milli bayram tədbiri
Liseydə milli bayram tədbiri
Liseydə milli bayram tədbiri
Liseydə milli bayram tədbiri
Liseydə milli bayram tədbiri
Liseydə milli bayram tədbiri
Liseydə milli bayram tədbiri
Liseydə milli bayram tədbiri
скачать dle 10.6фильмы бесплатно

Tarix:13-03-2018, 17:04
Oxunub:16 189


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti