yüklənir...
yüklənir...

Dövlətçiliyin qorunması uğrunda canından keçən oğul

Azərbaycanın Milli Qəhrəmanı Bəhruz Mansurovun bu gün doğum günüdür.


Od ürəkli, od nəfəsli diyarımsan ocağına canım qurban Azərbaycan! Sənin azadlığın, suverenliyin uğrunda canını qurban etməyə hazır olan övladların olub və bu gün də var. Bu övladlardan biri də Mansurov Bəhruz Qəhrəman oğlu idi.
O, 13 mart 1975-ci ildə Yardımlı rayonu Telavar kəndində doğulmuşdur. Orta təhsilini doğma kəndində alan Bəhruz dərslərinə səylə çalışır, müəllimlərin verdiyi tapşırıqları həvəslə yerinə yetirirdi. Məktəblərarası keçirilən olimpiadalarda, müsabiqələrdə həmişə fərqlənirdi. Arzusu ədəbiyyatçı olmaq idi. Lakin torpaqlarımızın işğalı, soydaşlarımızın öz yurd-yuvalarından didərgin salınması onu bu fikrindən daşındırdı. O, sənədlərini Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinə təqdim etdi. Müsabiqə imtahanlarını uğurla verərək, sərhəd qoşunları fakultəsinə daxil oldu. O, böyük ümidlərlə, hərbiçi olmaq arzusu ilə gələcəyə addımlayırdı. Amma həyat Bəhruzun qarşısına fərqli yollar açdı.
1995-ci ilin mart hadisələri... Başı bəlalar görmüş, müsübətlər çəkmiş Azərbaycan yenə təhlükə qarşısında idi. Hakimiyyət iddiası ilə yanıb-qovrulan vəzifəpərəstlərin başçılıq etdiyi silahlı, azğın dəstə vətəndaş müharibəsi yaratdı. Qurbanlar bahasına qazandığımız müstəqilliyimizə, suverenliyimizə zərbə vurmaq isdəyirdilər. 1995-ci il 16 mart... Ayağa qaldırılan Milli Ordumuzun əsgərləri və hərbi məktəbin kursantları arasında 20 yaşlı Bəhruz da öz vətənpərvərlik borcunu yerinə yetirirdi. Onların qarşısında suverenliyimizə zərbə vurmaq isdəyən silahlı dəstəni zərərləşdirmək vəzifəsi qoyulmuşdu. Bəhruz bu vəzifəni yerinə yetirərkən namərd gülləsindən ağır yaralanır. Çoxlu qan itirir. Bütün cəhdlərə rəğmən onun həyatını xilas etmək mümkün olmadı. Bəhruz Mansurov qəhrəmancasına şəhidlik zirvəsinə ucalır. Subay idi. Yardımlı rayonunun Talavar kəndində dəfn edilib.
Azərbaycan Respublikasının Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Mansurov Bəhruz Qəhrəman oğluna ölümündən sonra “Azəraycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülmüşdür. Doğulduğu Yardımlı rayonunda oxuduğu orta məktəb onun adını daşıyır. Sumqayıt şəhər 16-cı mikrorayonunda yerləşən bulaq-abidə kompleksi onun adını daşıyır. Dövlət Sərhəd Xidmətinin Göytəpə Sərhəd Dəstəsinin 16-cı zastavası Bəhruz Mansurovun adını daşıyır. Bu gün Bəhruz yaşasaydı 43 yaşı tamam olurdu. Bəhruz da digər Vətən oğulları kimi Vətənini, millətini canından çox sevdi. Vətən uğrunda şəhidlik zirvəsinə ucaldı.
Azad və müstəqil olmayan Vətəndə azad vətəndaş da ola bilməz. Vətən uğrunda canından keçən qəhrəmanlar isə unudulmur. Şəhid qardaşım yeni yaşın mübarək! Nur işində yatasan.

Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!


Yeganə Telmanqızı.


скачать dle 10.6фильмы бесплатно

Tarix:13-03-2018, 16:00
Oxunub:16 374


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti