yüklənir...
yüklənir...

ŞİRVAN da dəhşətli avtoqəza -

Bu gün səhər saatlarında Şirvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.



Vetenperverler.az xəbər verir ki, Şirvan-Salyan marşrutu üzrə hərəkət edən mikroavtobusla “Şirvan oil”ə məxsus xüsusi qurğulu “KamAZ” markalı yük maşını toqquşub.

Nəticədə mikroavtobusda olan 15 sərnişin müxtəlif bədən xəsarətləri alıb. Onlar xəstəxanaya çatdırılıblar.

Vetenperverler.az ın Şirvan bürosundan bildirilir ki, baş verən qəzada xəsarət alan şəxslərin kimliyi müəyyənləşib.

Onlar Şirvan sakinləri - 1980-ci il təvəllüdlü Xankişiyeva Tünzalə Adil qızı, 1964-cü il təvəllüdlü Dadaşova Fərqiyyə Əbil qızı, 1961-ci il təvəllüdlü Vəliyeva Gülüstan Fazil qızı, 1973-cü il təvəllüdlü Allahverdiyeva Şərafət Arif qızı, 1988-ci il təvəllüdlü Abbasova Tünzalə Rəhimxəlil qızı, 1983-cü il təvəllüdlü Alxanova Şəlalə Ataxan qızı, Məmmədova Mətanət Həsənağa qızı, 1967-ci il təvəllüdlü Əliyeva Gülçiçək Əkrəm qızı, 1983-cü il təvəllüdlü Mirzəyeva Nigar Əvəz qızı, 1977-ci il təvəllüdlü Mirzəyeva Aynur Balaş qızı, 1979-cu il təvəllüdlü Mirzəyeva Könül Əlihüseyn qızı və daha dörd nəfər müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Onlardan bir nəfər reanimasiya şöbəsinə, digər altı nəfər travmatologiya şöbəsinə yerləşdirilib.

Digər sərnişinlər tibbi yardım göstəriləndən sonra ambulator müalicəyə göndərilib.

Bildirilir ki, hadisə istixanada işləyən qadınlar səhər mikroavtobusla işə gedərkən baş verib.

ŞİRVAN da dəhşətli avtoqəza -
ŞİRVAN da dəhşətli avtoqəza -
ŞİRVAN da dəhşətli avtoqəza -
ŞİRVAN da dəhşətli avtoqəza -

ŞİRVAN da dəhşətli avtoqəza -
скачать dle 10.6фильмы бесплатно

Tarix:13-03-2018, 12:07
Oxunub:17 648


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti