yüklənir...
yüklənir...

İcra başçısının qərarı narazılığa səbəb oldu -

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunda bir qrup sakin rayon rəhbərliyinin yeni qərarına etiraz edib.



Vetenperverler.AZ apa-ya istinadən xəbər verir ki, Marneuli rayon icra hakimiyyətinin müvafiq qərarı rayonun mərkəzi yollarının kənarlarındakı ticarət köşklərinin sökülməsi ilə bağlıdır.

Rayon rəhbərliyindən bildirilib ki, ticarət köşkləri rayonun görünüşünə xələl gətirdiyindən söküləcək.

İcra hakimiyyətinin binası qarşısında toplanmış sakinlər bu qərara etiraz ediblər. Narazı sakinlər bu qərarın onların qazanc yerlərindən məhrum olunması və onlarla ailənin maddi durumunun ağırlaşmasına gətirib çıxaracağını bildiriblər.

Etirazçılar Marneuli rayonunun icra başçısı Temur Abazovla görüşə dəvət olunub. Hazırda görüş davam edir.

İcra başçısının qərarı narazılığa səbəb oldu -
İcra başçısının qərarı narazılığa səbəb oldu -
скачать dle 10.6фильмы бесплатно

Tarix:13-03-2018, 00:47
Oxunub:20 368


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti