yüklənir...
yüklənir...

Siyəzəndə oğurluqda şübhəli bilinən Xaçmaz sakini tutulub

Siyəzəndə oğurluq edən şəxs saxlanılıb.


DİN-in mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, martın 8-də Siyəzən şəhər sakini Rəşad Muradov RPŞ-yə ərizə ilə müraciət edərək ötən il dekabrın 29-da iş otağından içərisində 40 manat nağd pul və balansında 360 manat pul olan plastik kartının olduğu pul kisəsinin naməlum şəxslər tərəfindən oğurlandığını bildirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Xaçmaz şəhər sakini əvvəllər məhkum olunmuş II-ci qrup əlil Hicran Qurbanov saxlanılıb. Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayəti etiraf edib. Otaqda heç kimin olmadığından istifadə edərək saxlanc yerindən pul kisəsini götürüb ordan uzaqlaşdığını bildirib.
Ətrafında aparılan araşdırmalarla onun törətdiyi digər cinayətlərin də üstü açılıb. Belə ki keçən il sentyabrın 1-də H.Qurbanov eyni üsulla Siyəzən Rayon Bələdiyyəsinin şöbə müdiri Azru Kərimovanın otağından sonuncuya məxsus, içərisində 5500 manat və 1900 ABŞ dolları olan pul kisəsini və bu il fevralın 28-də Rayonun Mərkəzi Poliklinikasından Bənzər Niftəliyevaya məxsus içərisində 20 manat olan pul kisəsini oğurladığı məlum olub. Bundan əlavə Sumqayıt şəhərində də eyni üsulla bir idarədən 3000 manat götürdüyü müəyyənləşdirilib.
H.Qurbanov barəsində cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.
скачать dle 10.6фильмы бесплатно

Tarix:12-03-2018, 19:33
Oxunub:21 694


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti