yüklənir...
yüklənir...

Sumqayitda dəhşətli hadisə

"Vetenperverler.az" FHN-nin saytına istinadən xəbər verir ki, bu gün səhər saatlarında Sumqayıt şəhərində “OKA” və "Hyundai" markalı iki minik avtomobilinin toqquşub, bunun nəticəsində yanğın hadisəsi baş verib.
Dövlət Yanğından Mühafizə Xidmətinin və Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə nəticəsində “Hyundai” markalı minik avtomobilinin mühərrikində elektrik avadanlıqları qismən yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. “OKA” markalı avtomobildə sıxılmış vəziyyətdə qalmış 1991-ci il təvəllüdlü Həsənov Eldar Cəmşid oğlu və 1990-ci il təvəllüdlü Quluyev Vusal Vidadi oğlunun cəsədləri xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
скачать dle 10.6фильмы бесплатно

Tarix:12-03-2018, 13:07
Oxunub:23 631


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti