yüklənir...
yüklənir...

Şəhid oğlu və şəhid atasının dövlətdən istəyi

Xocəvəd rayonundan məcburi köçkün Elmaz Axundov Qaradağlı faciəsində üzləşdiyi epməni vandalizimindən danışdı.


Əziz oxucularım, bu gün yaşadığım şəhərdə daha bir şəhid ailəsi ilə görüşdüm. Şəhid ailəsi ilə görüşmək çox çətin olur. Çünki onlar yaşadıqları çətin və kədərli günlərini xatırlayıb bir daha o anlara qayıdırlar. Əslən Xocavənd rayonunun Qaradağlı kəndindən olan Axundovlar ailəsi deməyəsən bir yox, iki səhid veriblər.
İlk öncə sizə Xocavənd rayonunun Qaradağlı kəndindən kiçik bir məlumat verim. Dağlıq Qarabağ münaqişəsiinin başlandığı ilk günlərdən bu kəndin sakinləri dəhişətli hadisələrlə üzləşmişdir. 1991-ci ildən erməni qəsbkarları tez-tez Xocavənd rayonuna və onun kəndlərinə hucuma keçirdilər, evləri yandırırdılar, insanları vəhşicəsinə öldürürdülər. Xocavənd kəndi işğal edildikdən sonra Qaradağlı mühasirəyə düşdü. 15-dən artıq ermənilərlə yaşayan kəndin əhatəsində idi. Yerli kənd sakinlərindən ibarət özünümüdafiə dəstələri yaradıldı. Fevralın 17-də 366-cı motoatıcı alayın bir qrup heyəti bir neçə isdiqamətdə Qaradağlıya sonuncu dəfə hucuma keçdilər. Bu ailənin ilk verdiyi şəhid Axundov Elmaz Yusuv oğlunun anası Hüseynova Məxmər Məcid qızı olmuşdur.
O, 1928-ci ildə Xocavənd rayonunun Qaradağlı kəndində doğulmuşdur. Gülərüz, mehriban, zəhmətkeş, dəfələrlə fəxri fərmanlarla təltif edilmiş sağıcıydı. Məxmər ana çox çətinliklərlə, zəhmətlə yeganə oğlu Elmazı böyüdüb boya-başa çatdırmışdır. Qaradağlı kəndindən 3 km aralıda, keçmiş Vərəndəli kəndinin ərazisində yerləşən N.Nərmanov adına kolxozun mal-qara fermasında sağıcı işləyib.
1991-ci il 28 iyun... İsti yay günlərinin biri idi. Fermanın 6 nəfər işçisi öz işlərini bitirib onlara ayrılan otaqda söhbət edirdilər. Elə bu zaman əli silahlı erməni düşmənləri fermadakı mal-qaranı aparırlar. Evin içərisinə girərək 6 nəfəri qəddarlıqla güllələyib bu azmış kimi onları diri-diri yandırdılar. Elmaz kişi deyir ki, “Elə xəbəri eşidən kimi kənd sakinləri ilə hadisə yerinə getdik. Ermənilərin bir neçəsi hadisə yerində idi. Çox qorxurdum ki, məni də vuracaqlar. Anamın cəsədini apara bilməyəcəm. Amma qismət belə imiş ki, mən bu gün yaşayıram. Anamın cəsədini Qaradağlı kəndinə gətirib kənd qəbirsanlığında dəfn etdim”.
Qaradağlı kəndi düz 4 il düşmənlə mübarizə apardı və 78 sakini şəhid oldu. 100-dən artıq adam girov götürüldü. Onların yarısı vəhşicəsinə qətlə yetirildi, qalanının aqibəti indiyədək nəməlum olaraq qalır. Girov götürülənlərin içərisində ailənin ortancıl oğlu 2-ci şəhidi Hafiz Elmaz oğlu Axundov da var idi. O, 10 yanvar 1973-cü ildə Xocavənd rayonunun Qaradağlı kəndində anadan olmuşdur. 1980-cı ildə kənd orta məktəbinin birinci sinifinə getmişdir. 1990-cı ildə orta təhsilini başa vurub Şuşa Kənd Təsərrüfatı Texnikomunun zootexnik ixtisası üzrə əyani şöbəyə daxil olmuşdur. Hafiz doğulub boya-başa çatdığı kəndin vəziyyətinin günü-gündən pisləşdiyini eşidir. O, təhsilini yarımçıq qoyub Qaradağlı kəndinə qayıdır özünümüdafiə dəstəsiə qoşulub kəndin müdafiəsinə qalxır. Valdeyinləri Raya xanim və Elmaz Hafizi torpağa, Vətənə məhəbbət ruhunda böyütmüşdülər. O, torpağın hər qarışını əziz bilib Vətəni uğrunda canından və qanından keçməyə həmişə hazır idi.
16 fevral 1992-ci il səhər saatlarında ermənilər artıq kəndin hər tərəfini mühasirəyə aldılar. Qəbirsanlıq tərəfdən kəndə daxil olmuş düşmənlər gözətçi postunda 3 nəfəri vəhşicəsinə qətlə yetirdilər. Həmin vaxtda Hafizdə posta idi və budundan yaralanır. 17 fevral 1992-ci il... Qaradağlı kəndi ermənilər tərəfindən işğal olunaraq yandırıldı. 118 sakindən 66 nəfər əzab və işgəncələrlə öldürüldü. 110 nəfər əsir aparldı. Onların içərisində Axundov Hafiz Elmaz oğlu da var idi. Deyilənlərə görə qocaları Xankəndinə, qadınları Əsgəran rayonuna, cavanları isə bilinmədi erməni qəsbkarları hara apardılar. Artıq o hadisədən 26 il ötüb. Bu günə qədər 19 yaşlı Hafizdən heç bir xəbər yoxdur. Doğmaları hələ də onun yolunu gözləyirlər.
Elmaz Axundov deyir ki, “Bu günümüzə çox şükür qızım. Biz necə çətin günlər gördük Qaradağlıda. Yaşından aslı olmayaraq nə qədər insan itkisi verdik. Qaradağlı ikinci Xocalını yaşadı. Sağ olsun bizim prezidentimiz İlham Əliyev. Bu gün biz əmin-amanlıq şəraitində yaşayırıq.
Biz Qaradağlı kəndındən Ağdam rayonuna qaçqın gəldik. Ağdam işğal olunandan sonra Beyləqan rayonunun xəstəxanasında özümüzə sığınacaq tapdıq və burada 6 il yaşadıq. Həyat yoldaşım xəstələndi. Məndə onu sağaltmaq məqsədi ilə Sumqayıt şəhərinə gətirdim. O, gündən bəri biz Sumqayit şəhərində yaşayırıq. Həyat yoldaşım Raya xanım oğlu dərdinə dözmədi xəstəlik tapdı. Uzun müddət xəstəlikdən əzab çəkdi və 2014-cü ildə vəfat etdi. Ailəmdə bu gün nəvəm 14 yaşlı Hafiz Axundov böyüyür. Oğlumun iyini ondan alıram. Lakin bu günə qədər mənim evim yoxdur. Qızımın evində oğlumun ailəsi ilə birgə bir sürü külfətlə yaşayıram”. Onu da xatırladım ki, Axundov Elmaz “20yanvar” hadisələri yaralanmış əlil, Qaradağlı kəndinin müdafiəsində iştirak etmiş müharibə veteranıdı. 68 yaşlı müharibə veteranı, şəhid ailəsi Axundov Elmaz deyir ki, “Ali Baş Komandan əmr etsin bu dəqiqidə torpaqlarımızın müdafiə etməyə hazıram. Qarşıdan Prezident seçkiləri gəlir mən və ailəm, övladlarım, nəvələrim Əliyev İlham Heydər oğlunu dəstəkləyib, yalnız onu Prezident görmək isdəyirik. Dövlətimizdən ən böyük xahişim budur ki, məni evlə təmin etsin. Bundan sonra nə qədər ömrüm var, heç olmasa öz evimdə yaşayım”.

Yeganə Telmanqızı.


Şəhid oğlu və şəhid atasının dövlətdən istəyi
Şəhid oğlu və şəhid atasının dövlətdən istəyi
Şəhid oğlu və şəhid atasının dövlətdən istəyi
Şəhid oğlu və şəhid atasının dövlətdən istəyi
Şəhid oğlu və şəhid atasının dövlətdən istəyi
скачать dle 10.6фильмы бесплатно

Tarix:11-03-2018, 14:25
Oxunub:25 841


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti