yüklənir...
yüklənir...

Bir tankla 20 tankın isini görən qəhrəman

Azərbaycanın Milli Qəhrəmanı Vüqar Mürsəlovun sabah doğum günüdür.


“Oğul düşmən çəpəridir” deyib babalarımız. Axı hər zaman Vətən cəsur oğullarımıza sığınıb. Oğullar da Vətənə arxalanıb. Hərb tariximizi vərəqlədikcə Vətənin azadlığı, müstəqilliyi uğrunda öz gücü ilə səlnamə yazan oğullarımızın qəhrəmanlığına qibtə etməmək olmur. Belə qəhrəmanlardan biri də bu gün 55 yaşı tamam olan Vüqar Mürsəlovdu.
Vüqar Mirəzbər oğlu Mürsəlov 1963-cü il 10 mart Cəlilabad rayonunun Göytəpə şəhərində anadan olub. Bu ərazi sərhəd zonasında yerləşdiyindən o vaxt keçmiş SSRİ üçün mühüm əhəmiyyət kəsb edirdi. Elə bu səbəbdən də Göytəpə şəhərində Sovet ordusunun çox saylı hərbi hissələri yerləşirdi. Bu şəhərdə böyüyüb boya-başa çatan uşaqların coxu hərbiçi olmaq isdəyərdilər.
1970-ci ildə Vüqar Goytəpə şəhər 1 saylı orta məktəbin birinci sinfinə qədəm qoyandan fəallığı, cəldliyi, diqqətçiliyi ilə müəllimlərinin gözündən yayınmamışdır. Dərsdə özünü çox sakit aparırdı, bütün sinifdə ona baxıb sakit olardı. Müəllimlər ondan nə vaxt dərs soruşurdular o dərslərinə həmişə hazırlıqlı idi. Vüqar yoldaşlarına da hər bir fəndən köməklik edərdi. İlk baxışdan bu uşaqda vətənpərvərlik hiss olunurdu. Hələ 70-ci illərdə tarix dərsində müəllim Qarabağın tarixindən danışanda Vüqar müəllimindən xahiş edərdi ki, Qarabağı gəzib görməmişəm Şuşadan, Turşsu yaylağından, İsa bulağından danışsın.
O, uşaqlığından çoxlu mütaliə edirdi. Ensklopedik yaddaşı var idi. Uşaqlıqdan deyirdi “Mən qırıcı təyyarə sürən pilot olacam”. Boris Polivoyun “Əsl insan haqqında povest” əsərində Merseyevi özünə qəhrəman hesab edirdi və özünü ona oxşadırdı. Vüqar Füzulinin, Nizaminin əsərlərini, tarixi kitabları çox oxuyurdu. Azərbaycanı, Azərbaycan ədəbiyyatını sevirdi. Həmişə deyirdi ki, “Azərbaycan Müstəqil Respublika olsa ən güclü, qüdrətli Respublika olacaq”.
O bacısı ilə həmişə müharibəyə həsr olunmuş filmlərə baxırdılar. Onların bu ruhda tərbiyə olunmasında ən çox analarının rolu olmuşdur. Uşaq vaxtlarından həmişə onlara M.Hüseynzadə, H.Aslanov haqqında çox danışardı.
1980-cı ildə o, orta məktəbi bitirib Bakı texniki peşə məktəbində təhsilini davam etdirmişdir. Sonra Bakı Politexnik texnikumuna daxil olur və oranı əla qiymətlərlə başa vurur. Belarusiyanın Brest şəhərində hərbi xidmətə başlayır və qvardiya baş cavuşu kimi ordudan tərxis olunur.
Vüqar hərbi xidmətdən qayitdıqdan sonra Politexnik İnsititunun avtomobil nəqliyyatı istismarı fakultəsinə daxil olur, lakin oxumur. Ailəyə, evə komək etmək məqsədi ilə bir müddət Göytəpə Avtomobil Təmiri Zavodunda öz ixtisası üzrə əmək fəaliyyətinə başlayır. 1991-ci ildən ermənilərin iddiaları həyata keçirilməyə başladı. Elə həmin ildə Vüqar Mürsəlov Xüsusi Təyinatlı Polis Dəstəsinə qəbul edilir və torpaqlarımızın müdafiəsinə qalxır. O, Xüsusi Təyinatlı Polis Dəstəsinin tərkibində snayperçi kimi xidmət edirdi.
Füzuli, Xanlar, Aqdam, Laçın, Şuşa, Goranboy, Ağdərə bölgələrində rəşadətlə vuruşur. Xocəvənd rayonunun Qaradağlı kəndinin müdafiəsində olmuşdur. Vüqar özü təklif edirdi ki, döyüşlərdə tankçı kimi iştirak etsin. O bu sahədə savadlı, peşəkar tankçı idi. Azərbaycanın hər qarış torpağı uğrunda düşmənlə ölüm-dirim mübarizəsinə atılan bu cəsur döyüşçü idi. Döyüşlərdə sinəsini düşmənə sipər edirdi. O, neçə dəfə döyüş yoldaşlarını ölümün pəncəsindən xilas etmişdir. Ağdamın Novruzlu kəndindən Ağdam yerli polis batalyonu ilə Ağbulağa hucuma keçirlər. Ermənilər Ağbulağın üstünə bir top qoymuşdular. Texnikanın, silahın, sursatın qıtlıq vaxtında döyüşçülər də başa düşürdü ki, o topu vurmaq çətindi. Bu topu döyüşdə iştirak edən yeganə tank vura bilərdi. Vüqar şum yerindən yüksək sürətlə sürüb tankı təpəyə qaldırır. O düşmənin topunu tuşlayaraq atəş açır. Mərmi düz topun üstünə düşür. Vüqar topu vurmaqla cəsur döyüşcülərimiz hucuma keçirlər. Çox keçmədən Ağbulaq və Dəhraz kəndini düşməndən azad edirlər. Burada xeyli erməni məhv olur. Vüqar bir tankla 20 tankın isini görür. Bununla da döyüşçülərımiz Ağbulaq kəndinə girirlər. 1992-ci il 9 iyun... Tərtər rayonu Cəmilli istiqamətində gedən döyüşlərdə vuruşur və snayperlə başından vurulan Vüqar qəhrəmancasına şəhidlik zirvəsinə ucalır. Xüsusi Təyinatlı Polis Dəstəsinin bütün batalyon üzvüləri onun ölümündən çox sarsılır. Bakı şəhəri Şəhidlər Xiyabanında dəfn edilmişdir. Subay idi. Göytəpə şəhərində təhsil aldığı 1 saylı orta məktəbə onun adı verilmişdir. Şəhərin mərkəzində büstü qoyulmuşdur. Tərtər, Göytəpə və Cəlilabad şəhərlərində adına küçə var.
Azərbaycan Respublikasının Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Mürsəlov Vüqar Mirəzbər oğluna ölümündən sonra “Azərbaycan Milli Qəhrəmanı” fəxri adı verilmişdir.
Vüqar çox qısa ömür yaşadı. Amma bu ömrünə qəhrəman həyatını sığışdıra bildi.Vüqar bir kiçik evdə böyümüşdü. Lakin ürəyində bütün Azərbaycanın yeri vardı. Elə bu səbəbdən düşmən torpaqlarımıza göz dikəndə kənarda qala bilmədi. Onun ev muzeyi həcmcə kiçik olsa da mənaca çox böyük məna daşıyır və bir daha göstərir ki, Vüqar ölməyib o yaşayır. İllər durduqca da hamının qəlbində yaşayacaq!
Yeni yaşın mübarək şəhid qardaşım!

Qəhrəmanlarımızı unutmayaqki, unudulmayaq!


Yeganə Telmanqızı.

скачать dle 10.6фильмы бесплатно

Tarix:9-03-2018, 20:48
Oxunub:38 917


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti