yüklənir...
yüklənir...

Cəfər Cəfərsoy: " Həmişə olduğu kimi bu yarışımızda ugurlu və yadda qalan olacaq."

Xəbər verdiyimiz kimi, sabah Şağan İdman Olimpiya Kompileksində Alpaqut Turan döyüş Sənəti üzrə IV Azərbaycan birinciliyi və çempionatı keçiriləcək. Çempionata hazirliq səviyyəsi ilə bağlı məlumat almaq üçün Azərbaycan Alpaqut Federasiyasının texniki məsələlər üzrə vitse prezidenti Cəfər Cəfərsoya müraciət etdik.


-Cəfər müəllim, bildiyimiz kimi sabah Alpaqut Turan Döyüş Sənəti üzrə Azərbaycan çempionatıdir. Bu çempionatin əsas məsuliyyəti texniki məsələlər üzrə vitse prezident kimi sizin üzərinizə düşür. Birmək istərdik ki, AAF sabahkı çempionata hazırdirmi?
- Bəli biz bu yarışa var gücümüzlə hazırlaşırıq, hər şey yüksək səviyyədə gedir. Yarışımızın uğurlu keçməsi üçün əlimizdən gələni edirik. İnşallah həmişə olduğu kimi bu yarışımızda ugurlu və yadda qalan olacaq.
- Bu çempionat ötən çempionatlarla müqayisədə nə ilə fərqlənəcək?
- Bildiyiniz kimi Respublika çempionatı ildə bir dəfə keçrilir və bir il ərzində müəyyən turnirlər də naliyyət qazanan idmançılar bu yarışda iştirak edir. Bu yarışda Azərbaycanın bütün bölgələrindən idmançılar iştirak edəcək. Ən əsası da budurki, bu yarış bir başa Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə keçrilir.
- Sabah saat 15.00 da Şağan İdman Olimpiya Kompleksində çempionatin açıliş mərəsimidir. Sirr deyilsə açılış mərəsimində nələr planlaşdırilir?
- Yarışın açılış mərasiminə hazırlıq işlərinə təşkilati məsələlər üzrə vitse prezident məşğuldur. Əminəm ki, həmişə oldugu kimi, sabahki açılış mərasimi də maraqlı qonaqlara və maraqlı konsert proqlamları ilə yadda qalacaq.
- Cəfər müəllim, çətin və məsuliyyətli görəvinizdə Sizə uğurlar arzu edirik!
- Çox sag olun biz sizə təşəkkür edirik. Sonda isə bütün gənclərimizə milli ruhda böyumələri, Vətənini, torpagını, millətini sevməyi və bizim keçmişimizi özündə əks etdirən Alpaqut Turan döyüş sənətini sevməyi, yaşatmağı tövsiyyə edirəm. Çünki, Alpaqut bizim döyüşümüzdü!

Müsahibəni aldı: Etibar Toğrul

скачать dle 10.6фильмы бесплатно

Tarix:9-03-2018, 20:12
Oxunub:39 103


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti