yüklənir...
yüklənir...

Yazıçı Varisin kitabının imza günü keçirilib

“Libraff” kitab satışı mağazasında yazıçı Varisin “TEAS Press” Nəşriyyat Evi tərəfindən çap olunan “Uzaqdan gələn yağış” kitabının imza günü keçirilib.




İmza mərasimindən əvvəl çıxış edən “Libraff” kitab mağazaları şəbəkəsinin piar və marketinq direktoru Ülviyyə Allahverdiyeva Varislə oxucularının görüşünün məhz “Libraff”da təşkilindən məmnun olduğunu deyib. Yazıçının qələmə aldığı sonuncu romanın oxucuların zövqünü oxşayacağına inandığını söyləyən Ü. Allahverdiyeva müəllifə uğurlar arzulayıb.
Varis “Uzaqdan gələn yağış” romanının sayca 11-ci kitabı olduğunu diqqətə çatdırıb və əlavə edib ki, bu, onun “TEAS Press” Nəşriyyat Evi ilə ilk əməkdaşlığıdır.
Daha sonra yazıçı oxucuları üçün kitab imzalayıb.
скачать dle 10.6фильмы бесплатно

Tarix:9-03-2018, 18:52
Oxunub:38 784


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti