yüklənir...
yüklənir...

36 yaşlı ananın 19 yaşlı şəhid övladı

Aprel şəhidləri aprel zəfərini, aprel qələbəsini bizə yaşatdı.


Vətən eşqi, torpaq məhəbbəti onun ən ali hissləri idi. Yaşadığım Sumqayıt şəhərində böyüyüb boya-başa çatmış Qarabağ döyüşlərində qəhrəmanlıq göstərmiş aprel şəhidinin ailəsi ilə görüşdüm. Bu ailə ilə görüşmək mənim üçün həm şərəfli və şərəfli olduğu qədər də cətin idi. 19 il şərəfli ömür yolu keçmiş aprel şəhidinin həyatı ilə sizləri tanış edəcəm.
Şülan Bayram oğlu Bayramov 1996-cı il 28 iyul da Sumqayıt şəhərində zəhmətkeş, sadə, vətənpərvər bir ailədə anadan olmuşdur. Ailənin ilk övladı olan Şülan evə sevinc, sevgi, nur gətirmişdir. Ona babasının adını verirlər. O, 61 saylı məktəbəqədər tərbiyə müəssəsində tərbiyə alır. Bu ailəylə görüşdüyüm zaman Şülanın baxça müəlliməsi Namazova Məhbubə xanımda Şülan haqqında bunları bildirdi:
“Qızım, mən bu ailə ilə neçə illərdə qonşuyam. Şülanı və qardaşı Turanı özüm aparıb özüm gətirirdim. Şülan mənim qrupumda idi. Şox sakit təbətli, təmizkar, nə deyirdim ona əməl edən bir uşaq idi. Topla oynamağı, şer deməyi çox sevərdi. Onun ölümünə çox pis oldum. Allah rəhmət eləsin!”
Şəhidimizin anası Türkanə xanım oğlu haqqında deyir ki, “Şülan nə körpəlikdə nədə ki, böyüyəndə bizi incitmədi. Ata, ana qədri bilən yaxşı övlad idi. Həmişə mənə təskinlik verirdi ki, darıxma ana gəlim sizə gözəl günlər yaçadacam. Çox heyf balamın arzuları ürəyində qaldı. Balam bir arzusuna catdı. Vətən, torpaq, yolunda canından keçib, şəhidlik zirvəsinə ucaldı. O, bu yolu həmişə özünə uca zirvə hesab edirdi, o zirvəyə də çatdı. Elə bilirəm ki, balam hələ də əsgərdi. Balama qurban olum. Onunla fəxr edirəm. Bizim ailədə həmişə Vətənə, torpağa məhəbbət hissi aşlanıb. Oğlum Bayramov Turan Sərhəd Qoşunlarında gizir rütbəsində xidmət edir”.
Şülan 2003-cü ildə Sumqayıt şəhər 33 saylı orta məktəbin birinci sinifinə daxil olur. O, qaygıkeş, olduqca mədəni, qeyrətli bir oğlan idi. Məktəb illərindən başlayaraq Şülanın da, qardaşının da ən böyük arzuları hərbiçi olmaq olur. Evdə həmişə iki qardaş qəhrəmanlara həsr olunmuş filmlərə baxardılar. Şülan arada dəcəllik edirdi ara-sıra dərslərə girmirdi və dərslərdən yayınırdı. Hərbi dərsdə isə mütamadə iştirak edirdi. Oxuduğu məktəbin “Şahinlər” adlı hərbi komandası vardı. Bu komandanın da komandiri Bayramov Şülan idi. Komanda tez-tez Respublikamızın hərbi hissələridə olurdular və əsgərlərlə görüşürdülər.
Şülanın atası Bayramov Bayram Qərbi Azərbaycanda zorla köçürülənlərdəndir. Ona görə də bu evdə Vətən və vətənpərvərlik hissləri həmişə öndə olub.
O, 2014-ci ildə 33 saylı orta məktəbi bitirir. Elə həmin ildə Azərbaycan Dəniz Balıq Sənayesi Kollecinin “Gəmi enerjisi avadanlıqlarının və avtomatik vasitələrinin istismarı “ ixtisasına qəbul olur. Şülan burada bir il təhsil alır. Sonra təhsilini dondurub öz isdəyi ilə hərbi xidmətə gedir. Gəncədə 3 ay xidmət etdikdən sonra Göygöl rayonu Hacıkənd Toğana kəndində yerləşən hərbi hissədə xidmət edir. Hərbi hissədə nümunəvi əsgər idi. Dəfələrlə ailəsinə təşəkkürlər gəlib. Şülan aprel ayının 1-də hərbi hissədən təxris olunur. Lakin öz isdəyi ilə canından çox isdədiyi Vətənin dar günündə qalıb vuruşmaq isdəyir.
2016-cı il 4 aprel...Ermənilərlə üzbə-üz döyüşməyə başlayan cəsur əsgərimizin qəlbi həmişə intiqam hissi ilə çırpınırdı. Düşmənə layiqli cavab verən Şülan Bayramov Tərtər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olur.
6 Aprel Şülan Bayramov doğulduğu Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında son mənzilə yola salındı. Dəfn mərasimində minlərlə şəhər sakinin ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Əsgər Bayramov uğrunda şəhid olduğu torpağa tapşırıldı. Anası Türkanə xanım tabutu qucaqlayıb deyir: “Mən səni belə qarşılamaq isdəmirdim. 10 ay idi üzünü görmürdür. Arzularımı ürəyimdə qoydun”.
Şülan Bayramov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edildi.
Şülanın atası Bayram, anası Türkanə xanım, qardaşı Turan Şülan ilə fəxr edirlər.
Şülan Bayramov bütün Azərbaycan xalqının yaddaşında ölməzlik zirvəsində yaşayır.
Allah şəhidimizə rəhmət eləsin. Nur içində yatsın!

Şəhidlərimizi unutmayaqkı, şanlı tariximizi unutmayaq!


Yeganə Telmanqızı.


36 yaşlı ananın 19 yaşlı şəhid övladı

36 yaşlı ananın 19 yaşlı şəhid övladı
36 yaşlı ananın 19 yaşlı şəhid övladı
скачать dle 10.6фильмы бесплатно

Tarix:9-03-2018, 17:10
Oxunub:39 039


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti