yüklənir...
yüklənir...

Ali Məhkəmə ADR-in Ədliyyə Nazirliyinə qarşı şikayətini təmin etməyib

Ali Məhkəmədə Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) qeydiyyatla bağlı Ədliyyə Nazirliyinə qarşı kassasiya şikayətinə baxılıb.



ADR-in sədr müavini Ellada Məmmədli mətbuata açıqlamasında deyib ki, məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının hakimi İlqar Dadaşovun sədrliyi ilə keçirilən prosesdə şikayət təmin edilməyib, qərar qüvvədə saxlanılıb.
E. Məmmədli qeyd edib ki, Ali Məhkəmənin qərarından Avropa Məhkəməsinə şikayət veriləcək.
Qeyd edək ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində ADR-in qeydiyyatla bağlı şikayətini təmin etməyib və Bakı Apellyasiya Məhkəməsi də qərarı qüvvədə saxlayıb. Xatırladaq ki, ADR dövlət qeydiyyatına alınması ilə bağlı Ədliyyə Nazirliyinə bir neçə dəfə müraciət edib, lakin nazirlik müraciətə müsbət cavab verməyib.
Bundan sonra hərəkatın sədri Qubad İbadoğlu Ədliyyə Nazirliyini məhkəməyə verib.
скачать dle 10.6фильмы бесплатно

Tarix:9-03-2018, 12:46
Oxunub:36 313


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti