yüklənir...
yüklənir...

Qabil Hüseynov: “Azərbaycan Alpaqut Federasiyasının hakimləri ən ədalətli hakimlər birliyidir.”

Azərbaycan Alpaqut Federasiyası Mətbuat Xidmətinin bu dəfəki müsahibi AAF-nın Hakimlər Kollegiyasının sədri Qabil Hüseynovdur.


Müsahibəni "Alpagut.az" saytı yayıb.
-Qabil müəllim Alpaqut Turan döyüş sənəti üzrə Azərbaycan çempionatına bir neçə gün qalib, bilmək istərdik ki, yarişda Hakimlər Kollegiyasının hazirligi necədir?
– Alpaqut Federasiyasının hakimlər kollegiyası tam qaydada yeni formalaşmaqdadır. Hakimlərimiz tez-tez nəzəri və praktiki seminarlarda iştirak edib, 10 mart 2018-ci ildə keçiriləcək IV Respublika Çempionatına hazırlaşırlar. Biz Alpaqutun 4 sistemi üzrə (Aypara, Batur, Caymaz və Qurşaq) üzrə fərqli seminarlar da keçirməkdəyik. Biz çalışıb hakimləri elə formalaşdırırıq ki, yarışlarımızı ən yüksək səviyyədə idarə edə bilsinlər.
– Federasiyanın Hakimlər Kollegiyasının rəhbəri kimi, bu yarışda gənc alpaqutçulara ədalətli hakimlik vədd edirsizmi?
-Alpaqutçular əmin ola bilərlər ki, Alpaqut federasiyasının hakimləri ən ədalətli hakimlər birliyidir.
-Hər hansı bir hakim haqqız qərar qəbul etdiyi halda, həmin qərar necə dəyişdirilir?
-Hakimlər haqsız qərar vermirlər.Öz federasiyamız haqda danışıram. İşin yoğunluğu ilə əlaqədar, referi avtomatik səhv edərsə, oturaq hakim və sistem üzrə koordinator hakimə son qərarı çıxarmağa köməklik edir. Əgər yenə çətinlik olarsa, yarışın baş hakimi, müzakirələrə qoşularaq, onlara öz tövsiyyələrini verir.
-Ümumiyyətlə qarşıdakı çempionatda bu cür mübahisəli məsələlərin həlli mexanizimi necə qurulub?
– Alpaqutda yarışma qaydaları elə qurulub ki, burda qərar süzgəc kimi verilir. Düzdü əvvəllər biz bu mərhələni keçənə qədər çətinliyimiz olub və indi də var. Amma artıq qərar vermə sistemi elə qurulub ki, hakim istəsə də ədalətsiz qərar verə bilməyəcək. Belə ki, qeyd etdiyim kimi, orta hakim səhv qərar verəcəksə, yan hakim onunla razılaşmayaraq səhfini düzəldə biləcək. Hər ikisi səhv qərar veribsə, ümümi sistem üzrə hakim qərarı dəyişə bilər. Ancaq yənə də narazılıq olacaqsa bu zaman baş hakim işə müdaxilə edəcək. Yox bu dəfədə narazılıq olarsa o zaman Apelyasiya Şurasına yazılı müraciət oluna biləcək. Apelyasiya Şurasının sədri Alpaqut Turan döyüş sənətinin qurucusu Kutsan Vasif Namazov olacaq. İndi siz bir baxın belə bir hakimlər süzgəcindən necə ədalətsiz qərar çıxa bilər ? Bu qeyri mümkündür.
– Qabil müəllim, bizdə Sizə qarşıdakı çətin və məsuliyyətli görəvdə uğurlar arzu edirik.

Müsahibəni aldı: Etibar Toğrul

скачать dle 10.6фильмы бесплатно

Tarix:8-03-2018, 01:44
Oxunub:45 319


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti