yüklənir...
yüklənir...

ANA – Etibar Toğrul yazır

Ana – bu adın qarşısında bir quluq hər zaman.


Bu gün Beynəlxalq Qadınlar Bayramıdır. Qadın deyəndə ilk əvvəl gözümüz önünə anamız gəlir. Bəli, qadın anadır. Ana isə bizləri bu dünyaya gətirən, bizə həyat verən, gecəsini-gündüzünü bizlərə həsr edən, bəşəriyyətin ən gözəl avazı – lay-layı bizlərə eşitdirən Uca məğluqdur. Allahımızı bizə dərk etdirən, Allahı bizə sevdirən uca varlıqdir...
Ana hər bir övladin ilk dərk etdiyi varliqdı. Allahı tanımadan, ananı tanıyirsan. Ananın qoxusun hiss etmədən başqa qoxuları hiss edə bilmirsən. Ananı sevmədən, nə Vətəni, nə də, Allahı sevə bilmirsən. Bütün sevgilər anadan başlayır. İnsan qəlbində ana sevgisi yoxdursa demək, bütün sevgilər yoxdur.
Bu gün qadınlar – analar günüdür... Hər kəs anasını təbrik etməyə tələsəcək. Təbii ki, anası sağ olanlar... Anası dünyasın dəyişənlər isə, ana məzarına üz tutacaq. Ən azı iki qərənfillə... Ancaq mən və mənim kimi minlərlə insan ana məzarına belə həsrətik bu gün. İki qərənfillə belə ana məzarını ziyarət etməyə həsrətik... Bu gün bizlər, nəinki ana əlini öpməkdən, hətta ana məzarı önündə belə diz çökməkdən belə məhrumuq.
Nə yaxşı ki, anasız dünyamızda ana qədər xətrin istədiyimiz, ana deyə biləcəyimiz heç olmasa bircə nəfər də olsa var. Heç olmasa bizə övlad dedikdə qürur duya biləcəyimiz bir İNSAN var. Heç olmasa, əyilib əllərindən öpəcək qədər dəyər verdiyimiz bir QADIN var bu həyatda. Yoxsa yaşamaq zor olar.
Mənim üçün, bu QADIN, bu ANA mənə övladım deyən və anam qədər dəyər verdiyim yeganə qadın olan Azərbaycanın Əməkdar müəllimi, gələcək nəslin elmli və vətənpərvər böyüməsi üşün böyük töhvələr vermiş, böyük pedaqoq, ideal müəllim Tünzalə Vəliməmmədovadır.
Bu gün mən doğma anamı təbrik etməkdən məhrum olduğuma baxmayaraq, anam qədər dəyər verdiyim Tünzalə Vəliməmmədovanı təbrik edir və onun əllərindən öpürəm.
Təbrikimi qəbul edin, mənim o dünyada və bu dünyada olan hər iki ANAM.

скачать dle 10.6фильмы бесплатно

Tarix:8-03-2018, 00:41
Oxunub:45 000


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti