yüklənir...
yüklənir...

Gəncə Dövlət Universitetinda "mahmudovçuları" kim dəstəkləyir?

Eldar Mahmudovun tapşırığı ilə GDU-da dövlətçiliyimiz əleylhinə təbliğat aparan Zakir Zeynalov və Elxan İsmayılov 14 ildən çoxdur ki, həyatımı cəhənnəmə çeviriblər.



Xocalı soyqırımından sonra könüllü milli orduya gedən tək GDU əməkdaşı olmağıma baxmayaraq, Xocalı soyqırımının 20 illiyi ərəfəsində işdən MTN əməkdaşı Mamed müəllimin fəal iştirakı ilə işdən qovulmuşdum. Zakir Zeynalov dəfələrlə mənə, şəhidlik bir zirvədir, sən şəhid ola bilmədin, deyə məni ələ salırdı. Elxan İsmayılov isə cavanları maşınına əyləşdirib, yaşadığım Göygöl şəhərində evimin qabağına aparıb biabırçı işlərlə məni dəli etməyi ilə müəllimlər arasında söhbətlər aparırdı. Çətinliklə işə bərpa olsam da, Xocalı soyqırımının 25 illiyində şəhidlər xiyabanına gedəndə bilərəkdən məni qəbiristanlıqda qoyub qaçmışdılar və mən şəhərə piyada qayıtmalı oldum. Halbuki keçirdiym aclıq aksiyalarından hələ də səhhətimi bərpa etməmişəm. Bütün bunlar göstərir ki, heç bir savadı olmayan, rüşvətlə saxta elmi adlar alan Zakir Zeynalov və Elxan İsmayılov kimi mənəvi şikəst insanlar təcili təhsil sistemindən uzaqlaşdırılmasa, gələcəyimiz böyük təhlükə qarşısındadır. Bu mənəvi şikəstlərin "tərbiyyə" etdiyi gənclərimizdən nə gözləyə bilərik? Xahiş edirəm adları çəkilən "alimlərin" GDU-da kimin tərəfindən dəstəkləndiyinin araşdırılmasına və onların təhsildən təcili uzaqlaşdırılmasına kömək edəsiniz.
P.S. Bu mövzuda Respublika Prezidentinə göndərdiyim 2 məktubu müraciətimə əlavə edirəm.

Qoşma: 1.
Cənab Prezident! DTX rəsinə müraciətimə baxılmasını xahiş edirəm: Möhtərəm Mədət müəllim! Uzun illərdir ki, GDU-dakı keçmiş kafedra müdirim Zakir Zeylnalov və dekan müavini Elxan İsmayılov keçmiş MTN işçısı Zamin müəllimin dediyi kimi MTN-ə "доля" verdikləri üçün həmişə dövlətçiliyimiz əleyhinə təbliğat yuvası olmuş GDU-da istədiklərini etmişlər. Belə ki, Zakir Zeynalov Xocalı soyqırımında bütün kafedra əməkdaşları qarşısında Heydər Əliyevi ittiham edəndə buna məndən başqa heç kim reaksiya vermədi. Bu haqda Eldar Mahmudova müraciət etdikdə isə məni işdən qovub, Zakir Zeynalova fəxri professor adı verdilər. Elə bu fakt sübut edir ki, indiyə kimi GDU-da "mahmudovçular" at oynadır. İki aclıq aksiyası (52 və 29 sutkalıq) və 15 məhkəmə qərarından sonra işə bərpa olunub, itirilən əmək haqqımı alsam da, bu iyrənc insanlar indi də Gəncə DTX-sı əməkdaşlarının çətiri altında rahatca öz iyrənc əməllərinə davam edirlər. Ən acınacaqlısı budur ki, mənim həyatımı cəhənnəmə çevirmək üçün bu şəxslər hətta tələbələrdən belə istifadə edirlər. Buna görə xahiş edirəm DTX-nın Gəncə şöbəsində "fəxri professor" Zakir Zeynalovun və öz əxlaqsızlığı ilə GDU-da ad çıxarmış Elxan İsmayılovun kimə "доля" verdiklərinin araşdırılmasına sərəncam verəsiniz.
Möhtərəm Mədət müəllim! Başa düşürəm ki, DTX əməkdaşlarının əmək haqqı o qədər də çox deyil. Amma əksəriyyəti qız olan tələbələrimizi bu cür iyrənc məxluqların təsiri altına düşməsinə yol verməklə pul qazanan şəxsin DTX əməkdaşı olmağa haqqı varmı? Bunu nəzərə alaraq uzun illərdir məni məhv etməyə çalışan Zakir Zeynalov, Elxan İsmayılov və onların Gəncə DTX-sında "çətirinin" haqqında qanuna müvafiq tədbirlər görülməsinə sərəncam vermənizi xahiş edirəm.

Hörmətlə: GDU-nun fizika kafedrasının baş müəllimi Hacıyev Fikrət Bala oğlu, 050 686 51 96


2. Respublika Prezidentinə açıq məktub (heç kimin dərc etməyəcəyi)

Cənab Prezident! 27.04.2016 tarixində Baş Prokurorluğa yazdığım ərizədə keçmiş kafedra müdirim Zakir Zeynalovun 22.04.2016 tarixində FHN əməkdaşlarına rüşvət verərək GDU-nun II korpusunda guya civə buxarlarının olmaması barədə saxta arayış almasını bildirmiş və günahkar şəxslərə qarşı cinayət işinin qaldırılmasını xahiş etmişdim. Ancaq bir ildən çoxdur ki, Baş Prokurorluğun İstintaqa Nəzarət İdarəsinin rəis müavini Qabil Qasımov və sonunda həmin idarənin rəisi Nazim Abbasov 2012-ci ildə işdən qovulmam ilə əlaqədar ərizəmə cavabı heç qeydiyyat nömrəsini belə dəyişmədən mənə göndərirdilər.
Sizin göstərişiniz ilə nazirlərin bölgələrdə qəbul keçirməsi minlərlə vətəndaşın Bakıya şikayətə getmələrinin qarşısını alır və buna görə xalqımız Sizin bu təşəbbüsünüzü yüksək qiymətləndirir. 26.05.2017 tarixində Baş Prokurorun yaşadığım Göygöl şəhərində qəbulu olacağını bildikdə çox sevindim. Qəbula gedib, Baş Prokurorluq əməkdaşlarının fırıldaqçılıq əməllərinin ifşa edəcəyimi düşünürdüm. Ancaq 26.05.2017 tarixində Göygöl Prokurorluğuna getdikdə mənə bildirdilər ki, qəbul təxirə salınıb. 27.05.2017 tarixində qəbula getdikdə isə məni Məşğulluq Mərkəzində qanunsuz saxlayıb, 10:15 radələrində Zakir Qaralov Göygöl Prokurorluğunu tərk edəndən sonra sərbəst buraxdılar. Sonra isə mətbuatda Baş Prokurorun guya 36 nəfəri qəbul etdiyini yazdılar. Bu hərəkəti ilə Baş Prokuror sübut etdi ki, Qabil Qasımov və Nazim Abbasovun heç bir günahı yoxdur. Baş Fırıldaqçı elə Zakir Qaralov imiş. Sizin bölgələrdə qəbul göstərişinizə bütün nazirlər çox məsuliyyətlə yanaşdığı halda (iki dəfə Mikayıl Cabbarovun qəbulunda olmuşam, bir dəfə isə Fikrət Məmmədovun) Zakir Qaralov niyə ilk növbədə Sizi və sonra xalqımızı aldadıb, guya qəbul keçirməsi barədə yalan məlumat yaymışdır?
Bundan sonrakı şikayətlərimə daha bir fırıldaqçı Prokurorluqda İstintaqa Nəzarət İdarəsinin rəis müavini Adil Vəliyev cavab göndərdi. 16.06.2017 tarixli və 04-4813 qeydiyyat nömrəli (beş ildən çoxdur ki, müxtəlif imzalı və tarixli, ancaq eyni məzmunlu və eyni qeydiyyat nömrəli) saxta cavab göndərdi. Belə ki, mənim keçmiş kafedra müdirim Zakir Zeynalova qarşı cinayət işinin qaldırılması ilə bağlı ərizəmə, möhtərəm Adil Vəliyev cənabları yazır ki, dekan İldırım Qasımovun qanunsuz hərəkətləri barədə ərizəniz üzrə Gəncə şəhər prokurorluğunda qeyri-obyektiv araşdırma aparılması haqqında təkrar müraciətinizə Baş Prokurorluqda baxılmışdır. Sonra qeyd olunur ki, 09 iyul 2012-ci il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Necə deyərlər şərhə ehtiyac yoxdur. Əlavə bildirim ki, mənim işdən qovulmam ilə əlaqədar ərizəmə cavabolan həmin qərarı elə möhtərəm Adil Vəliyev özü qəbul etmişdi, o vaxt Gəncə şəhər Prokuroru vəzifəsini icra edəndə. Ruslar demişkən, я про Ивана, он про болвана. Mən Zakir Zeynalovdan 27.04.2016 tarixində şikayət edirəm, mənə cavab gəlir ki, İldırım Qasımovdan etdiyiniz şikayətə 2012-ci ildə baxılıb.
Cənab Prezident! Mən başa düşə bilmirəm, Baş Prokurorluqda bu qədər fırıldaqçını necə tapa biliblər? Bu çox gülməli bir şey kimi görünsə də, Baş Prokurorluqdakı fırıldaqçıların əməlləri nəticəsində nə qədər günahsız insanın həbsxanalarda yatdığını və Xocalı soyqırımının Heydər Əliyev tərəfindən təşkil olunduğunu iddia edən Zakir Zeynalov və onun dostu Elxan İsmayılov kimi cinayətkarların isə azadlıqda at oynatdıqlarını düşündükdə insanı dəhşət bürüyür.
Cənab Prezident! Məsələnin ciddiliyini nəzərə alıb, Zakir Qaralovun yenidən Göygölə gəlib, həqiqətən şikayətçiləri qəbul etməsinə və Adil Vəliyev cənablarının həyasız cavabına görə cəzalandırılmasına sərəncam verməyinizi xahiş edirəm.

Hörmətlə: Hacıyev Fikrət Bala oğlu, GDU-nun fizika kafedrasının baş müəllimi, 050 686 51 96
скачать dle 10.6фильмы бесплатно

Tarix:6-03-2018, 14:13
Oxunub:47 702


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti