yüklənir...
yüklənir...

Məhkəmədə bəraət alan Texnologiya Universitetinin əməkdaşı Azər Allahverdiyev Prezident İlham Əliyev cənabına Müraciət etdi

Cənab Prezident İlham Əliyev! Sizə 11 aprel 2018 ci ildə keçirilən prezident seçkilərində uğurlar arzulayıram. İnanıram ki, xalqımız sizə layiqli prezident kimi sizə səs verəcək.


Sizə müraciətim və şikayətim Texnologiya Universitetinin rektoru Akif Süleymanovdandır.
2013 cü ildən bu günə kimi rəhbərlik edən Akif Süleymanovun idarəçiliyi nəticəsində Texnologiya Universitetində baş verən qanunsuzluqlar, Maliyyə Nazirliyinin yoxlaması nəticəsində 1,3 milyon manat mənimsəmə faktı aşkarlanmış, müvafiq sənədlər əsasında Korrupsiyaya qarşı mübarizə Baş idarəsinə istintaq aparılmış sonradan Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Bu işlə bağlı yüzlərlə şahid məhkəməyə dəvət olunmuşdur. Rektor Akif Süleymanovun əvvəlki və indiki maliyyə pozuntularında birbaşa əli olduğunu yaxşı bilən kollektivdə heç bir nüfuzu, hörməti qalmayıb. O, universitetdə rəhbərlik etmək üçün gərəkli olan mənəvi haqqını çoxdan itirib. İnanıram ki, Azərbaycan Respublikasının qanunları Akif Süleymanovun özbaşınalığından çox-çox üstündür. Bu faktlarla bağlı müvafiq qurumlara, yəni Prezident Aparatına, Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, Milli Məclisə, Baş Prokurorluğa, Dövlət Təhlükəsizlik Xidmətinə, Təhsil Nazirliyinə, davamlı olaraq rəsmi müraciətlər, edirik. Çox təəssüf keçirərək bildirirəm ki, müraciətlərimizə pərdəarxasından baxırlar, şikayətlərimizi Təhsil Nazirliyinə yönəldirlər, Təhsil Nazirliyində şikayətlərə ədalətli baxmırlar, və digər dövlət qurumlarına Universitetin əməkdaşlarının şikayətlərinə aldadıcı cavablar verirlər, bununlada Akif Süleymanovun çirkin əməllərinə don geyindirirlər. Elmdən və təhsildən uzaq adamların universiteti bərbad vəziyyətə salacaqları əvvəlcədən məlum idi: Çünki Akif Süleymanov elm və təhsilə ləkədir. Bunu Təhsil Nazirliyinin əməkdaşlarıda bilir, 5 Dekabr 2017 ci ildə mən Azər Allahverdiyev Təhsil Nazirliyində olarkən, Təhsil Nazirliyinin əməkdaşlarına Akif Süleymanovun çirkin əməllərindən, özbaşınalığından, və mənim üzümə iki qız qoyub şər-böhtan atdırdığından şikayətçi olmuşam. Buna baxmayaraq heç bir ciddi tədbir görmürlər. Görünür ki, Texnologiya Universitetinin rektoru Akif Süleymanovun arxası harasa, hansısa yüksək vəzifədə olan məmura bağlıdır. Bu adamın çirkin əməllərinin qarşısını almaqda dövlət qurumlarıda çox çətinlik çəkir və bacarmırlar. Bunu hərkəs bilir. Bu barədə, Akif Süleymanovun özbaşınalığı haqqında, Kütləvi İnformasiya Vasitələrində dəfələrlə işıqlandırmışıq.
Texnologiya Universitetində Prezident seçkiləri qabağı əməkdaşlar qərəzli olaraq kütləvi şəkildə narazı salınır. Ölkə üzrə yeni iş yerlərinin yaradılması istiqamətində iş aparıldığınız halda, Texnologiya Universitetində çoxsaylı əməkdaşlar işdən çıxarılır, 30 nəfərə yaxın professor, dosent, müəllim, 100 çox texniki işci işdən uzaqlaşdırılıb.
Cənab prezident. Siz dəfələrlə çıxşlarınızda məmurlara övlad özbaşınalığı haqqında xəbərdarlıq edibsiz, hətta ötən il Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin General Mayoru Novruzəli Orucovun oğlunun qanunsuz əməllərinə görə, işdən kənarlaşdırmağınız hər birimizə məlumdur. Buna baxmayaraq Texnologiya Universitetinin rektoru Akif Süleymanovun oğlu Şamil Süleymanov Universiteti “ATA” mülkü kimi istifadə edir, bunu bütün dövlət qurumları, Təhsil Nazirliyi bilir. Buna əsaslanaraq misal göstərmək olar ki, 30 yanvar 2018 cildə Təhsil Nazirliyinin üç əməkdaşı Aydın Rəhimov, Hüquqşünas Rasim və Nicat adlı şəxslər, Texnologiya Universitetinin Əməkdaşları Dosent Həsən Musayev, Dosent Məsim Abadov, baş müəllim Alim Əliyev, müəllimələr Məhəbbət Kərimova, Afət Məmmədova mən Azər Allahverdiyevin və digər şikayətçi əməkdaşların, şikayətlərini araşdırmaq üçün ezam olunanda, hər üç şəxsin yəni Təhsil Nazirliyinin əməkdaşları Aydın Rəhimov, Hüquqşünas Rasim və Nicat adlı şəxslərin qərəzli olaraq şikayətlərə pərdəarxasından baxaraq heç bir nəticəsiz Texnologiya Universitetindən ayrılmasını göstərmək kifayətdir.
Ulu Öndər Heydər Əliyevin birbaşa qayğısı və himayədarlığı ilə yaradılan Azərbaycan Texnologiya Universiteti, rəhbəri Akif Süleymanovun çirkin idarəçiliyi qarşısında, Universitetlər sırasında ən son sıralardadır.
Cənab Prezident! Texnologiya Universitetində işdən kənarlaşdırılan əməkdaşların hər birinin öhdəsində 4-5 nəfər ailə üzvünün olmasını nəzərə alaraq, yüzlərlə insanın maddi durumunun dözülməz hala salınmasının qarşısını almağınızı sizdən, bir gənc kimi xahiş edirəm, sizdə atasız, sizdən övladınız kimi xahiş edirəm.
Texnologiya Universitetinin işdən çıxarılan əməkdaşlarının əksəriyyəti “Yeni Azərbaycan Partiyasının” üzvləridir.
Bu gün ölkəmizdə, gənclər siyasətini dəstəkləyir, bütün gənclərə öz övladınız kimi qayğı göstərirsiz. Mən Azər Allahverdiyervin 29 yaşı var, atam dünyasını dəyişib, ailəmiz mənim öhtəmdədir. 30 oktyabr 2017 ci ildə Texnologiya Universitetinin rektoru Akif Süleymanov mənbim üzümə iki qız qoyaraq işdən kənarlaşdırıb, bunlardan biri Texnologiya Universitetinin “Qiyabi və Distant təhsil mərkəzinin” mütəxəssisi Zamiqə Yuris qızı Xəlilova, digəri isə Universitetin II kurs tələbəsi Cəmilə Əsgərzadədir. Bu barədə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdim. 25 dekabr 2017 ci ildə Kəpəz rayon məhkəməsi tərəfindən bəraət aldım və mənə verilən əmrlər ləğv olunaraq bir ay ərzində qətnaməni icra edərək işə qayıtmağıma qərar çıxarıldı.
Bəraət aldığm qətnamənin surətini rəsmi olaraq təqdim edirəm:

Məhkəmədə bəraət alan Texnologiya Universitetinin əməkdaşı Azər Allahverdiyev  Prezident İlham Əliyev cənabına Müraciət etdi
Məhkəmədə bəraət alan Texnologiya Universitetinin əməkdaşı Azər Allahverdiyev  Prezident İlham Əliyev cənabına Müraciət etdi
Məhkəmədə bəraət alan Texnologiya Universitetinin əməkdaşı Azər Allahverdiyev  Prezident İlham Əliyev cənabına Müraciət etdi
скачать dle 10.6фильмы бесплатно

Tarix:5-03-2018, 20:19
Oxunub:30 419


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti