yüklənir...
yüklənir...

Aprel döyüşlərinin son şəhidi

Bayraqları bayraq yapan üstündəki qandır.
Torpaq uğrunda ölən varsa Vətəndir!



Aprel döyüşləri qəhrəmanlıq tariximizin şanlı səlnaməsidir. Bu səlnaməni də Aprel şəhidləri öz qəhrəmanlıqları ilə yazdılar. Yaşadığım Sumqayıt şəhərində böyüyüb, boya-basa çatmış və oxuduğum məktəbin məzunu olmuş Qarabağ döyüşlərində böyük rəşadət göstərən bir gizirin həyatı ilə sizləri tanış edəcəm.
Aprel döyüşlərində son verdiyimiz şəhid Seymur Baxışovun ailəsi ilə görüşdüm. Bu ailə ilə görüşmək, oğullarından söhbət etmək mənə çətin və şərəfli idi.
Seymur Qulamhüseyn oğlu Baxışov 12 iyul 1987-ci ildə Sumqayıt şəhərində sadə, mədəni, vətənpətvər və hərbiçi ailəsində evin son beşiyi olaraq dünyaya gəlir. Onun atası və qardaşı hərbiçi idi. O, Sumqayıt şəhər 41 saylı məktəbəqədər tərbiyə müəssisəsində tərbiyə alır. Çox dəcəl, olduqca da səliqəli bir uşaq idi. 1994-cü ildə Sumqayıt şəhər 14 saylı orta məktəbin rus bölməsinin birinci sinifinə qəbul olur. Məktəb illərində dərslərini əla oxuyurdu. Güclü yaddaşa malik idi və olduqca xeyirxah, mülayim bir uşaq idi. Dost kimi, qardaş kimi gözəl insan idi. 14 saylı məktəbin direktoru Xanım Həsənova ilə söhbətimiz zamanı Seymur haqqında deyirdi: ”Seymur çox fəal, həmişə səliqəli geyimdə, əlaçı, vətənpərvər, dostları ilə gözəl münasibət quran bir şagird idi. Məktəbi bitirən məzunlardan yaddaşımda qalan şagirdlərdən biri idi Seymur. Onun ölümü məktəbin bütün kollektivinə, ən çoxda mənə çox pis təsir etdi. Amma onunla bu gündə fəxr edirəm ki, o Vətəni uğunda şərəfli bir zirvəyə ucaldı. Allah rəhmət eləsin!”
2003-cü ildə 14 saylı orta məktəbin 9-cu sinifini bitirir. 2003-2005-ci illərdə Sumqayıt şəhər Təfəkkür liseyində oxuyub tam orta təhsilini başa vurur. 2006-cı il yanvarın 11-də hərbi xidmətə cağrılır. Hərbi xidmət illərində savadlı, seçılən əsgər olduğundan onu 9 aydan sonra gizirlik kursuna yazırlar. Seymur gizirlik kursunu bitirir. 2007-ci ildə Yasamalda hərbi hissədə gizir kimi xidmətə başlayır. 2009-cu ilin noyabr ayının 8-də Aynur xanımla ailə həyatı qurur. 2011-ci ilin noyabrın 8-də Amin adlı oğlu dünyaya gəlir. 2012-ci ildə isə Bakıda xüsusi təyinatlı qrupunun giziri kimi xidmətini davam etdirir. 2016-cı ilin mart ayında Tərtərə ezam olunur.
2016-cı il 3 aprel... Öz şücaəti ilə düşməni qorxuya salan qəhrəman Seymur Baxışov Ermənistan-Azərbaycan təmas xəttində bas verən atışma zamanı ən uca zirvə olan şəhidlik zirvəsinə ucalır. O, aprelin 20-də doğulub, böyüdüyü şəhərin Şəhidlər Xiyabanında son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin xidmət etdiyi hərbi hissənin əsgərləri və zabitləridə qatıldı. Şəhid anaları igid oğulları tərbiyə edirlər. Onlara Vətənini, millətini sevməyi aşlayırlar. Anası Zemfira xanim tabutu qucaqlayıb deyir: ”Mən oğlumu tək yola saldım amma o, bu qədər insanla qayıtdı”.
Atası Qulamhüseyn kışı, anası Zemfira xanim, qardaşı Samir, bacısı Səbinə xanım, həyat yoldaşı Aynur xanım həmişə və indi də Seymur ilə fəxr edirlər. Seymur Qulamhüseyn oğlu Baxışov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli, “Qüsursuz xidmətə görə” II dərəcəli, “Qüsursuz xidmətə görə” III dərəcəli medallar ilə təltif edilmişdir.
2017-ci ildə şəhid Seymur Baxışovun yaşadığı binanın qarşısında xatirə lövhəsi vurulub.
O gün olsun torpaqlarımızı düşmən tapdağından azad edək. Şəhidimizin yeganə balası Amin atasının məzarı üstünə gəlib bu sevincli, şad xəbəri ona desin. O zaman Seymurunda, minlərlə şəhidlərimizin də ruhu şad olacaq! İnşallah o gün uzaqda deyil.
Allah şəhidimizə rəhmət eləsin. Nur içində yatsın!

Yeganə Telmanqızı.


Aprel döyüşlərinin son  şəhidi
Aprel döyüşlərinin son  şəhidi
Aprel döyüşlərinin son  şəhidi
Aprel döyüşlərinin son  şəhidi
Aprel döyüşlərinin son  şəhidi
Aprel döyüşlərinin son  şəhidi
Aprel döyüşlərinin son  şəhidi
скачать dle 10.6фильмы бесплатно

Tarix:5-03-2018, 19:12
Oxunub:30 146


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti