yüklənir...
yüklənir...

İqtisadiyyat Nazirliyinin strukturunda dəyişiklik edilib

Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına daxil edilib
Nazirlər Kabineti “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edib.



Qərara əsasən Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına daxil edilib.
Qeyd edək ki, “Kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 28 dekabr tarixli fərmanı ilə İqtisadiyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi yaradılıb.
скачать dle 10.6фильмы бесплатно

Tarix:3-03-2018, 00:10
Oxunub:30 576


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti