yüklənir...
yüklənir...

Yer planetinə asteroid yaxınlaşır

Astronomlar Yer planetinə şərti olaraq “2018 DV1” adlandırılan asteroidin yaxınlaşdığını açıqlayıb.


Vetenperverler.Az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

“The Virtual Telescope Project 2.0” layihəsinə əsasən asteroidin uçuşu onlayn şəkildə yayımlanacaq. Kosmik obyektin Yer planetinə 105 min kilometrə qədər yaxınlaşacağı bildirilir. Obyektin diametri 5,6 – 12 metr arasındadır.

“2018 DV1” ilk dəfə olaraq fevral ayının sonunda ABŞ-ın Maunt-Lemmon rəsədxanasının əməkdaşları tərəfindən qeydə alınıb.

Astronomlar yer planeti ilə toqquşma riskinin olmadığını bildirir.
скачать dle 10.6фильмы бесплатно

Tarix:2-03-2018, 20:05
Oxunub:31 225


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti