yüklənir...
yüklənir...

Millət vəkili Karasuda dünya ictimaiyyətini Xocalıya ədalət kampaniyasına fəal dəstəyə çağırıb

Millət vəkili Q.Paşayeva Karasuda Xocalı soyqırımı abidəsinin açılışında dünya ictimaiyyətini Xocalıya ədalət kampaniyasına fəal dəstəyə çağırıb.


Türkiyənin Karasu bələdiyyəsi ərazisində Xocalı soyqırımı abidəsinin açılışında "Xocalıya ədalət" kampaniyası barədə geniş çıxış edən millət vəkili Q. Paşayeva "bu abidə dosta da düşmana da önəmli bir mesajdır" deyərək Xocalı parkı və abidəsinin reallaşmasında əməyi keçən hər kəsə,Karasu bələdiyyəsinə, onun rəhbərinə, Azərbaycan Dərnəkləri Federasiyasına, onun Sakarya şöbəsinə təşəkkürünü bildirib. Bir neçə gün əvvəl Karasuya səfər zamanı bələdiyyə başqanı ilə görüş zamanı bununla bağlı təkliflərlə çıxış etdiklərini və rəhbərliik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB, Azərbaycan Dərnəkləri Federasiyasına, onun Sakarya şöbəsi və Karasu bələdiyyəsi arasında bununla bağlı protokol imzalandığını vurğulayan millət vəkili Q.Paşayeva qısa zamanda parkın və abidənin açılmasını reallaşdırdığı üçün bələdiyyə başqanına xüsusi təşəkkürünü bildirib. Rəsmi şəxslər, QHT və KİV rəhbərlərinin iştirak etdiyi tədbirdə millət vəkili Q.Paşayeva Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı barədə məlumatlar verdikdən sonra bu soyqırım zamanı valideynlərini itirən uşaqlar, onların yaşadığı acılardan danışıb və etnik kimliyindən, dinindən və inancından asılı olmayaraq insanlığın yanında olanlar və bu insanlıq əleyhinə cinayəti işləyənlərin ədalət qarşısında cavab verməsini istəyənlər Xocalıya ədalət deyənlərin yanında olmalıdır deyib.
Qarabağ problemi və Xocalı soyqırımı məsələlərində beynəlxalq təşkilatların ikili standartlardan yanaşmalarını xüsusi vurğulayaraq kəskin qınayıb: “Bu gün beynəlxalq təşkilatlar BMT başda olmaqla bir neçə böyük dövlətin maraqlarının müdafiəsindən başqa heç bir işlə məşğul olmur. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı qətnamələr var amma onların həyata keçirilməsi üçün Ermənistana heç bir təzyiq göstərmir. İnsan haqlarından danışan beynəlxalq təşkilatlar Ermənistanın işğalçılığı üzündən öz evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün haqlarının müdafiəsi istiqamətində heç bir addım atmır”.
Q.Paşayeva bildirib ki, biz Qərbin ikili standartlarını Xocalı Soyqırmına yanaşmada daha aydın gördük: “100 il əvvəl tarixdə olmayan soyqırım barədə qərar qəbul edənlərin əksəriyyəti modern dünyanın gözləri qarşısında Ermənistanın Xocalıda törətdiyi dəhşətli soyqırımı görmək istəmədi. Eyni vəziyyət Türkiyəyə, Türk dünyasına qarşı yanaşmada da özünü göstəririr”.
Millət vəkili Q.Paşayeva bildirib ki, beynəlxalq hüququn tamamilə zəiflədiyi, beynəlxalq təşkilatların bir neçə böyük ölkənin maraqlarını müdafiə edən təşkilatlara çevrildiyi bir dünyada haqlarını qoruya bilmənin tək yolu gücdür:"Bu güc isə birlikdən keçir. Ona görə də Azərbaycan-Türkiyə olaraq birliyimizi daha da gücləndirməliyik, gənc nəsillərimizi bir-birimizə daha çox sahib ola bilmə ruhunda yetiştirməliyk və birlikdə haqsızlıqlara qarşı mübarizəmizi gücləndirməliyik". Azərbaycanla Türkiyə arasında əlaqələrin getdikcə daha da inkişaf etdiyini deyən millət vəkili Q.Paşayeva bölgədə son günlər daha da gərginləşən vəziyyət barədə geniş çıxış edib, qardaşlıq yaxşı gündə də çətin gündə də birlikdə olmaqdır ona görə də Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq deyib. Bu məsələdə gənclərimizin üzərinə çox böyük missiya düşdüyünü xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva onları daha fəal olmağa çağırıb. Türk gəncliyinin üzərinə bu məsələdə böyük vəzifə düşdüyünü qeyd edən millət vəkili Qənirə Paşayeva bütün türk gəncliyini tariximizə sahib çıxmağa, sosial mediada, virtual aləmdə fəal olmağa çağırıb və qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə və Azərbaycan, Qarabağ, Xocalı soyqırımı həqiqətlərinin daha geniş şəkildə yayılması məqsədilə sosial mediada səylərin artırılmasının, işinin sürətləndirilməsinin vacibliyini qeyd edib və çıxışını “inşallah gələn görüşümüzü birlikdə işğaldan azad edəcəyimiz Qarabağda, Xocalıda və digər o gözəl bölgələrimizdə keçirək. İnanırıq ki, o gün uzaqda deyil”- deyərək bitirib. Tədbirdə çıxışına Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözləri ilə başlayan Karasu bələdiyyə başqanı Mehmet İspiroğlu “Qardaş ölkəmiz Azərbaycan. Dost ölkəmiz Azərbaycan. Qardaşdan daha artıq can ölkəmiz Azərbaycan. Bu gün 26 fevral 1992-ci ildə 613 şəhid verdiyimiz Xocalı soyqırımının 26-cı ildönümüdür. Bu insanlıq əleyhinə olan hadisəni unutmadıq, unumayacağıq.
Cənab prezident R.T.Ərdoğanın da hər zaman dediyi kimi, Biz Azərbaycanla sözdə deyil, özdə iki qardaş millətik. Ankara bizim üçün nədirsə, Bakı da bizim üçün də eynidir. Dolayısıyla, bizim dostluğumuz sözdə deyil, özde dostluqdur. Bunu bütün dünya bilsin ki, Azərbaycan və Türkiyə iki dövlət, amma bir millətdir. Azərbaycanlı qardaşlarımızn əlinə tikan batsa, bizim canımız yanar. Haqlı mübarizəsində Türkiyə Azərbaycanın yanındadır, yanında olmağa da davam edəcəkdir. Hamımızın üzərinə düşən vəzifə odur ki, gələcək nəsillərə bu qardaşlığımı daha yaxşı anlatmalıyıq. Bizim güclü olmağımız, bir olmağımız, bərabər olmağımız, qardaş olmağımız lazımdır. Bunları əldə etdiyimiz təqdirdə bir daha bənzər acıları yaşamayacağıq. Son zamanlarda yaşadığımız olaylarda bir millət olduğumuzu daha yaxşı anladıq. Bu birliyimizi ifadə edən qardaşlığımızın bir nişanı olaraq Xocalı parkımızın açılışını bir yerdə həyata keçiririk. Bu tarixi yaddaşımızı canlı tutmaq və yaşadığımız acıları unutdurmamaq üçün bu parkın olması önəmlidir. Dostluğumuz daimi olsun. Qardaşlığımız əbədi davam etsin", - dedi. Türkiyə Azərbaycan Federasiyasının Sakarya təmsilçisi Aqil Bağirov, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası rəhbəri Bilal Dündar, Bakı şəhər Nəsimi rayin icra başçısının müavini Gülarə Verdiyeva, Azərbaycan qazisi Azər Quluyev çıxış edərək Xocalı soyqırımı barədə geniş çıxış ediblər və Karasuda Xocalı soyqırımı parkı və abidəsinin açılmasının dosta və düşmana bir mesaj olduğunu xüsusi vurğulayıblar və əməyi keçənlərə təşəkkürlərini bildiriblər. Göyçay şəhər bələdiyyə sədri, Bakı şəhər Nəsimi rayon bələdiyyə sədri, Karasulu vətəndaşlar və çox sayda tələbənin də qatıldığı tədbirin sonunda çıxışçılara Karasu bələdiyyəsi tərəfindən təşəkkür plaketləri təqdim edilib.
Millət vəkili Qənirə Paşayevanın tədbirdə çıxışının və parkın açılış videolarının linklərini burdan izləyə bilərsiniz



Millət vəkili Karasuda dünya ictimaiyyətini Xocalıya ədalət kampaniyasına fəal dəstəyə çağırıb
Millət vəkili Karasuda dünya ictimaiyyətini Xocalıya ədalət kampaniyasına fəal dəstəyə çağırıb
Millət vəkili Karasuda dünya ictimaiyyətini Xocalıya ədalət kampaniyasına fəal dəstəyə çağırıb
Millət vəkili Karasuda dünya ictimaiyyətini Xocalıya ədalət kampaniyasına fəal dəstəyə çağırıb
Millət vəkili Karasuda dünya ictimaiyyətini Xocalıya ədalət kampaniyasına fəal dəstəyə çağırıb
Millət vəkili Karasuda dünya ictimaiyyətini Xocalıya ədalət kampaniyasına fəal dəstəyə çağırıb
Millət vəkili Karasuda dünya ictimaiyyətini Xocalıya ədalət kampaniyasına fəal dəstəyə çağırıb
Millət vəkili Karasuda dünya ictimaiyyətini Xocalıya ədalət kampaniyasına fəal dəstəyə çağırıb
скачать dle 10.6фильмы бесплатно

Tarix:2-03-2018, 12:10
Oxunub:1 926


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti