yüklənir...
yüklənir...

Ərdəbildə Kəlbəcə girovları ilə bağlı çağırış

İranın Ərdəbil şəhərində keçirilən Beynəlxalq Qarabağ Forumu və Qarabağ konfransında Kəlbəcərdə girov düşən və bu günə qədər ermənilərin əlində işgəncələr altında saxlanılan şəxslərlə bağlı İslam dünyasına çağırış edilib.

Musavat.com-un əməkdaşı xəbər verir ki, QAT sədri Akif Nağı çıxışında Kəlbəcər girovları Dilqəm Əsgərov və Şahbaz Quliyevin erməni girovluğunda saxlanılmasına da diqqət çəkib: “Öz ata-babasının Kəlbəcərdəki məzarına ziyarətə gedən insanlarımızı ermənilər heç bir əsas olmadan, cinayətə yol verərək həbs ediblər. Bu məsələ Azərbaycan dövlətinin diqqətindədir və günahsız insanlarımızın azad olunması üçün səylər göstərilir. Biz də ictimai təşkilat olaraq onların müdafiəsi ilə bağlı işlər görürük və bunu özümüzə borc bilirik. Biz Beynəlxalq Qarabağ Forumunun adından müraciət edirik ki, günahsız insanlarımız dərhal azad edilsin və dünya bu işdə bizə yardımçı olsun. İşğalçı Ermənistanın cinayətlərini, onların haqsızlığını başa düşürük. Amma bu haqsızlıqlara dünya da susur, bu, ədalətsizlikdir”. Forum iştirakçıları ermənilərin növbəti vandallığını lənətləyiblər.скачать dle 10.6фильмы бесплатно

Tarix:1-03-2018, 14:30
Oxunub:6 984


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti