yüklənir...
yüklənir...

Novruzun ilk çərşənbəsi- Su çərşənbəsi

Bu gün Novruzun ilk çərşənbəsi olan Su çərşənbəsidi.


Yurdumuza əsrlərin sınağından çıxmış mənəvi dəyərləri, adət-ənənələri, özündə yaşadan bayramlarımızın şahı Novruz gəlir. Ta qədimdən Novruz təbiətən canlanmasının, torpağın oyanmasının, ruhun təzələnməsinin simvolu hesab olunurdu. Novruz təzə ili, baharın ilk gününü qarşılamaq, gecə ilə gündüzün bərabərləşməsi deməkdir. Xalqımız yeni gün olan Novruz ərəfəsində çərşənbələrə daha böyük önəm verir. Yazın-Novruzun müjdəçisi olan Su, Od, Yel, Torpaq çərşənbələri mövcuddur. Bu il Azərbaycanda baharın ilk müjdəçisi olan ilk çərşənbə-Su çərşənbəsi fevralın 27-də, Od çərşənbəsi martın 6-da, Yel çərşənbəsi martın 13-də, Torpaq çərşənbəsi martın 20-də qeyd ediləcək.
Su çərşənbəsi ilə bayrama hazırlıqlar başlayır. Deyirlər ki, Tanrı ilk olaraq suyu yaradıb. Buna görə su ilk çərşənbə kimi qeyd edilir. Su həyat verən, xoşbəxtlik gətirən müqəddəs aydınlıqdır. Su çərşənbəsi dörd müqəddəs çərşənbənin ilkidir. Xaiq arasında o “əvvəl çərşənbə”, “gözəl çərşənbə”, “sular Novruzu” kimi də tanınır.
Su çərşənbəsində su və su mənbələri təzələnir. Su hövzələrində abadlıq işləri görülür. Su ilə bağlı müxtəlıf şənliklər keçirirlər. Hamı su üstə gedir, əl-üzünü yuyur, su üstündən atlanır. Yaralıların yarasına su çiləyirlər. Arzu və diləklərini suya danışırlar. Su çərşənbəsi ilə bağlı su falları da mövcuddur.
Deyirlər su həyat mənbəyi, aydınlıq rəmzidir. Ömrünüz su qədər uzun və pak olması arzusu ilə...

Yeganə Telmanqızı.


(Vetenperverler.az)


Novruzun ilk çərşənbəsi- Su çərşənbəsi
Novruzun ilk çərşənbəsi- Su çərşənbəsi
Novruzun ilk çərşənbəsi- Su çərşənbəsi
скачать dle 10.6фильмы бесплатно

Tarix:27-02-2018, 12:10
Oxunub:17 094


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti