yüklənir...
yüklənir...

Ağdam səhnəsində "Xəcalət" tamaşasının premyerası olacaq

Ağdam Dövlət Dram Teatrı yeni premyera ərəfəsindədir.



Beləliklə, teatr bu dəfə öz tamaşaçılarının və teatrsevərlərin qarşısına teatrın qurluşçu rejissoru Səbuhi (Əsədsoy) Əhmədovun quruluşunda yazıçı-dramaturq Hüseynbala Mirələmovun "Xəcalət" dramı ilə çıxacaqdır.Tamaşa hər bir Azərbaycan vətəndaşının qan yaddaşına dönən Xocalı faciəsinin 26 cı ildönümü münasibətilə -26 fevral tarixində tamaşaçılara təqdim olunacaqdır.
Dram əsəri 26 il bundan əvvəl ermənilər tərəfindən Xocalıda xalqımızın başına gətirilən müsibətlərdən sonra, öz isti yurd-yuvalarından didərgin düşərək Bakıda inşası yarımçıq qalmış ( köhnə ) xəstəxana binasına sığınan bir köçkün ailəsindən bəhs edir.Müharibənin insan həyatında buraxdığı izlər, işğalın insan təfəkküründə yaratdığı fəsadlar, köçkün insanların cəmiyyətə adaptasiyası, yaşamaq, bütün natamamlıqlara baxmayaraq,yaşamaq,eyni zamanda doğma yurd-yuvalarına dönəcəklərinə qətiyyətlə inanaraq "Nə qədər ki, Qarabağı azad etməmişik, bizim ölməyə haqqımız yoxdur" ümidi və bu ümidin heç vaxt itməməsi, dilimizdə şüara dönməsi əsərin-tamaşanın əsas sujet xəttini təşkil edir.
Tamaşada teatrın istedadlı aktyorları Siluddin Quliyev (Vətən), Xəyalə Xudadatova (Fərqanə), Ülviyyə Əhədova (Gülyaz), Nizami Ələkbərov (Murad), Cəfər Bayramov (Kürən) və Fərhad Fərhadzadə (Həkim) iştirak edirlər.
Tamaşanın rəssamı E.Balakişiyev, musiqi tərtibatı A.Şükürov, rejissor assistenti C.Yusifovdur.

Ağdam səhnəsində "Xəcalət" tamaşasının  premyerası olacaq
Ağdam səhnəsində "Xəcalət" tamaşasının  premyerası olacaq
Ağdam səhnəsində "Xəcalət" tamaşasının  premyerası olacaq
Ağdam səhnəsində "Xəcalət" tamaşasının  premyerası olacaq
Ağdam səhnəsində "Xəcalət" tamaşasının  premyerası olacaq
скачать dle 10.6фильмы бесплатно

Tarix:23-02-2018, 22:57
Oxunub:28 917


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti